İrəc Mirzə
| İrəc Mirzə | |
|---|---|
| | |
| Doğum tarixi | oktyabr 1874 |
| Doğum yeri | |
| Vəfat tarixi | 14 mart 1926 (51 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Fəaliyyəti | şair, tərcüməçi |
İrəc Mirzə (farsca: ایرج میرزا), Cəlalülməmalik (جلالالممالک) ləqəbiylə də tanınırdı (oktyabr 1874, Təbriz – 14 mart 1926, Tehran) — məşhur İran şairi.
Həyatı
[redaktə | vikimətni redaktə et]İrəc Mirzə şair Qulam Hüseyn Mirzənin oğlu olub və Qacar şahlarının nəslindən idi. 1874-cü ildə Təbrizdə anadan olub.[1] O, təhsilini ev şəraitində almış və 15 yaşında ikən fars dilində sərbəst danışırdı. Sonralar fransız və rus dilləri ilə də maraqlanmağa başlayır. 1893-cü ildə atasının və həyat yoldaşının vəfatından sonra "şairlər sədri" adına layiq görülür. XX əsrin əvvəllərindən İran konstitusiya islahatında iştirak edir. Sonralar nazirlik və digər hökumət idarələrində çalışmışdır.
İrəc Mirzənin poeziyası həm romantik eşq, həm də satirik mövzuları əhatə edir. Klassik fars ədəbi üslublarına sadiq qalsa da, İrac Mirzə yaradıcılığında bir sıra yeniliklərə də imza atmışdır. Bu yeniliklər əsasən şairin siyasi və mədəni islahatlarda iştirak etməsinin səbəbi idi. Onun ən məşhur şerlərindən bir neçəsi bunlardır: "İblis", "Ana", "Arifnamə", "Qadın təsviri".
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası (az.). II. Bakı: Elm nəşriyyatı. 1983. səh. 580.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 1874-cü ildə doğulanlar
- Təbrizdə doğulanlar
- 14 martda vəfat edənlər
- 1926-cı ildə vəfat edənlər
- 51 yaşında vəfat edənlər
- Tehranda vəfat edənlər
- Zahirəddövlə qəbiristanlığında dəfn olunanlar
- Əlifba sırasına görə yazıçı və şairlər
- İran şairləri
- Fars şairlər
- Qacar şahzadələri
- İran Məşrutə inqilabı şəxsləri
- XX əsr şairləri
- İran azərbaycanlısı şairlər
- XIX əsr şairləri
- İslamın tənqidi