Hacı Məhəmmədkazım Məlikəttüccar
| Hacı Məhəmmədkazım Məlikəttüccar | |
|---|---|
| Hacı Məhəmmədkazım Ağa Məhəmmədmehdi oğlu Təbrizi | |
| | |
| Digər adı | Məlikəttüccar |
| Doğum tarixi | |
| Doğum yeri | Təbriz, Cənubi Azərbaycan |
| Vəfat tarixi | |
| Vəfat yeri | Məşhəd, İran |
| Fəaliyyəti | siyasətçi |
Hacı Məhəmmədkazım Ağa Məhəmmədmehdi oğlu Məlikəttüccar (1850–1948)—tacirbaşı, Məşrutə hərəkatının üzvü.
Həyatı
[redaktə | vikimətni redaktə et]Hacı Məhəmmədkazım Ağa Məhəmmədmehdi oğlu Məlikəttüccar 1850-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi. Atasından sonra ticarət əncüməninə başçılıq etmişdi. Tehranda yaşayırdı. Nasirəddin şah Qacarın yaxını idi. Şahın ticari işlərinə başçılıq edirdi. Onun işlərindən Astara - Ərdəbil yolunun yaradılmasına işarə etmək olar.O, Şahi bankın müxaliflərindən və Rusiya səfirliyinin dostlar və dilerlərin idir. Kolonel Kasakofski kitabında Məlikəttüccar barəsində yazır:"Hacı Məlikəttüccar, bütün Azərbaycan və Tehranın tacirlərinin başçısıdır və özü də Azərbaycanlıdır".
Hacı Məhəmmədkazım ağa Məşrutə hərəkatına qoşulmuşdu.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Hacı Məhəmmədkazım ağanın törəmələri Məlik soyadını daşıyırdılar. Hacı Məhəmmədkazım ağanın Hacı Hüseyn ağa adlı oğlu vardı.