Mişel Mayor
| Mişel Mayor | |
|---|---|
| fr. Michel Mayor | |
| | |
| Doğum adı | Michel Gustave Édouard Mayor |
| Doğum tarixi | 12 yanvar 1942[1][2] (84 yaş) |
| Doğum yeri | |
| Elm sahəsi | astrofizika |
| İş yerləri | |
| Təhsili | |
| Üzvlüyü | |
| Mükafatları |
|
| exoplanets.ch/team/facul… | |
Mişel Mayor (12 yanvar 1942[1][2], Lozanna[2])[3][4] — İsveçrə astrofizik alimi və Cenevrə Universitetinin Astronomiya kafedrasının fəxri professoru. M.Mayor rəsmi olaraq 2007-ci ildə təqaüdə çıxsa da, Cenevrə Rəsədxanasında fəal tədqiqatçı olaraq işləyir.[5]
O, 2010-cu il V.A.Ambartsumyan Beynəlxalq Mükafatının həmmüəllifidir.[6] O, Fizika üzrə Volf Mükafatı (2017il) və Fizika üzrə Nobel Mükafatı (2019il, Didye Keloz və Ceyms Pibls ilə birlikdə) laureatıdır.
Fransa Elmlər Akademiyasının (2002il),[7] ABŞ Milli Elmlər Akademiyasının (2010il)[8] xarici üzvü.
İş həyatı
[redaktə | vikimətni redaktə et]1966-cı ildə Lozanna Universitetində fizika üzrə magistr dərəcəsi, 1971-ci ildə isə Cenevrə Rəsədxanasında astronomiya üzrə doktorluq dərəcəsi almışdır. Onun dissertasiyasının mövzusu Günəş ətrafındakı ulduzların kinematik xüsusiyyətləri və onların Qalaktikanın spiral quruluşu ilə mümkün əlaqəsinin araşdırılması olmuşdu. O, 1971-ci ildə bir müddət Kembric Universitetinin Astronomiya İnstitutunda işləyib. Cenevrə Universitetində işləyərkən Çilidəki Avropa Cənub Rəsədxanasında (ESO) və Havay Universitetinin Astronomiya İnstitutunda bir neçə elmi yaradıcı məzuniyyət keçirmişdir.[9]
1971-ci ildən 1984-cü ilə qədər M.Mayor Cenevrə Universitetinin Astronomiya kafedrasının yerləşdiyi Cenevrə Rəsədxanasında elmi işçi kimi çalışmışdır. 1984-cü ildə universitetdə dosent olmuşdur. 1988-ci ildə universitet onu professor vəzifəsinə yüksəltmiş və 2007-ci ildə təqaüdə çıxana qədər bu vəzifədə qalmışdır. M.Mayor 1998-ci ildən 2004-cü ilə qədər Cenevrə Rəsədxanasının direktoru vəzifəsində çalışmışdır.[10]
1995-ci ildə Didye Keloz ilə birlikdə Günəşə bənzər bir ulduzun (51 Pegasi) ətrafında fırlanan ilk ekzoplaneti kəşf etdi.[11] Bu kəşfə görə Mişel Mayor və Didye Keloz 2019-cu ildə Fizika üzrə Nobel mükafatına layiq görülüblər.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- 1998 -ci ildə- Juliya Jansen Mükafatı
- 2000 -ci ildə - Balzan Mükafatı
- 2004 -cü ildə Albert Eynşteyn Medalı
- 2004 -cü ildə - Fəxri Legion Kavaleri ordeni
- 2005 -ci ildə - Şau Mükafatı, ("ulduzların ətrafında fırlanan ilk planetlərin orbitlərini və kütlələrini təyin və kəşf etdiklərinə, planetlərin və planet sistemlərinin necə əmələ gəldiyini anlamağımızda mübarizə etdiklərinə görə.")
- 2010 -cu ildə - Viktor Ambartsumyan adına Beynəlxalq Elm Mükafatı, ("planetar sistemlər və onları əhatə edən ulduzlar arasındakı əlaqələrin öyrənilməsinə verdiyi mühüm töhfələrə görə.")
- 2010 -cu ildə -Karl Şvartsşild Medalı
- 2011 -ci ildə - BBVA Fondunun Bilik Sərhədləri Mükafatı
- 2015-ci ildə - Kral Astronomiya Cəmiyyətinin Qızıl Medalı, "Digər ulduzların ətrafında fırlanan planetlərin kəşfinə və onları tapmaq üçün nəzərdə tutulmuş cihazların hazırlanmasına görə."[12]
- 2015 -ci ildə - Kioto Mükafatı
- 2017 -ci ildə - Fizika üzrə Volf Mükafatı, "Günəşə bənzər bir ulduzun ətrafında fırlanan ilk ekzoplanetin kəşfinə görə."
- 2017 -ci ildə - Fəxri Legionun zabiti
- 2019 -cu ildə - Fizika üzrə Nobel Mükafatı
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Michel Mayor (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
- 1 2 3 4 www.accademiadellescienze.it (it.). (İstifadə tarixi: 4 noyabr 2021).
- ↑ Michel Mayor // Brockhaus Enzyklopädie (нем.) — F.A. Brockhaus, 1796.
- ↑ Michel Mayor // Munzinger Personen (нем.)
- ↑ http://www.accademiadellescienze.it Arxiv surəti 18 fevral 2026 tarixindən Wayback Machine saytında (итал.)
- ↑ Viktor Ambartsumian International Prize. Дата обращения: 29 сентября 2012. Архивировано из оригинала 14 сентября 2016 года.
- ↑ Michel Mayor Архивная копия от 4 мая 2020 на Wayback Machine (фр.)
- ↑ Майор, Мишель на сайте Национальной академии наук США (англ.)
- ↑ Майор, Мишель на сайте Национальной академии наук США (англ.)
- ↑ Michel Mayor | IAU. Дата обращения: 29 сентября 2012. Архивировано 22 ноября 2012 года.
- ↑ Michel Mayor and Didier Queloz. A Jupiter-mass companion to a solar-type star (англ.) // Nature. — 1995. — Vol. 378, no. 6555. — P. 355—359. — doi:10.1038/378355a0. — Bibcode:1995Natur.378..355M. Архивировано 23 октября 2006 года.
- ↑ The Royal Astronomical Society. Дата обращения: 14 февраля 2017. Архивировано 10 января 2015 года.
- 12 yanvarda doğulanlar
- 1942-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Lozannada doğulanlar
- Cenevrə Universitetinin müəllimləri
- Cenevrə Universitetinin məzunları
- Lozanna Universitetinin məzunları
- Fransa Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Beynəlxalq Astronomiya İttifaqının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- "Fəxri Legion" ordeni zabitləri
- "Fəxri legion" ordeninin kavalerləri
- Fizika üzrə Nobel mükafatı laureatları
- Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı ilə təltif olunanlar
- Əlifba sırasına görə alimlər
- Astronomik obyekt kəşf edənlər
- İsveçrə akademikləri