Vikipediya:Yardım masası
(Mən doğru yerdəyəm?)
- Digər növ suallar üçün axtarış qutusundan istifadə edin, buradan: axtarış qutusu; yaxud Kömək:Mündəricat səhifəsinə baxın. Əgər müəyyən bir səhifə/məqalə ilə bağlı şərhləriniz varsa, həmin səhifələrin/məqalələrin müzakirə səhifələrini istifadə edin.
- İnzibatçılar hər şeyin cavabını bilmir, sadəcə texniki, həssas və inzibati hallarda Vikipediya:İnzibatçılara müraciət səhifəsi vasitəsilə onlara müraciət edin. Spesifik hallarda istifadəçilərin birbaşa özlərinə yazın. (necə yazacağınızı öyrənin.)
- E-poçt ünvanınızı, şifrənizi, yaxud digər əlaqə vasitələrinizi qeyd etməyin. Sizə burada cavab veriləcək.
- Əgər sizin sualınız hər hansısa Vikipediya məqaləsi, qaralama məqalə, yaxud da başqa bir səhifə ilə əlaqədardırsa, bizə bu haqda ətraflı yazın. Vikipediyadan kənar mövzularla bağlı müraciətlər qeydə alınmayacaq.
- Suallarınıza cavab verilənədək bu səhifəni diqqətinizdə saxlayın.
məqalənin qaralamadan köçürülməsi
[vikimətni redaktə et]Salam. Mən Qaralama:Araz Əşrəf oğlu Məmmədov məqaləsini bitirmişəm, lakin adını dəyişmək (əsas bölməyə keçirmək) funksiyası məndə aktiv deyil. Zəhmət olmasa, onu əsas bölməyə köçürə bilərsiniz? Günel (Yusif) Məmmədova (müzakirə) 08:41, 25 aprel 2026 (UTC)
- Zəhmət olmasa, bu müraciətə baxardınız Günel (Yusif) Məmmədova (müzakirə) 17:17, 3 may 2026 (UTC)
- VP:ŞƏXS səhifəsini oxuyun lütfən. Belə görürəm, şəxslə əlaqəlisiniz, zəhmət olmasa, onu da açıqlayın və həmçinin VP:Maraq toqquşması, VP:Avtobioqrafiya, VP:VND və VP:Sİİ səhifələrini oxuyun. Hörmətlə, Qədir (müzakirə) 20:39, 8 may 2026 (UTC)
- Salam Qədir bəli mən Araz Əşrəf oğlu Məmmədovun həyat yoldaşıyam və məqaləmdə verilmiş olan bütün məlumatları rəsmi sənədlərlətəsdiq etmişəm. Məqaləni yaratmağımda məqsədim artıq unudulmaqda olan silahsazlıq sənətinin Azərbaycanda yaşadan və onu dünyaya tanıtmaq istəyən adam haqqında geniş kütləyə məlumatın çatdırılmasıdır. Qeyd etdiyim istiqamətdə mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm ~2026-28041-74 (müzakirə) 05:40, 9 may 2026 (UTC)
- Lütfən qeyd etmiş olduğum keçidləri daxil olaraq oxuyun. Hörmətlə, Qədir (müzakirə) 05:41, 9 may 2026 (UTC)
- Tövsiyələrinizlə tanış oldum və zənnimcə mən göstərilən məsələlər üzrə düzgün istinadlar etmişəm əgər səhvim varsa düzəlişlər etməmə köməklik edin lütfən. ödənişlər etməli olduğum üçün bunu hansı qaydada edim ~2026-28041-74 (müzakirə) 06:01, 9 may 2026 (UTC)
- Lütfən qeyd etmiş olduğum keçidləri daxil olaraq oxuyun. Hörmətlə, Qədir (müzakirə) 05:41, 9 may 2026 (UTC)
- Salam Qədir bəli mən Araz Əşrəf oğlu Məmmədovun həyat yoldaşıyam və məqaləmdə verilmiş olan bütün məlumatları rəsmi sənədlərlətəsdiq etmişəm. Məqaləni yaratmağımda məqsədim artıq unudulmaqda olan silahsazlıq sənətinin Azərbaycanda yaşadan və onu dünyaya tanıtmaq istəyən adam haqqında geniş kütləyə məlumatın çatdırılmasıdır. Qeyd etdiyim istiqamətdə mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm ~2026-28041-74 (müzakirə) 05:40, 9 may 2026 (UTC)
VP:ƏSAS kriteriyasının tələblərini qarşılayan mənbələr əlavə edin məqaləyə. Mən belə istinadlar görmürəm məqalədə, bu halı ilə ensiklopedik deyil şəxs. Ödənişə gəlincə, Vikipediya məqaləsi üçün heç kiməsə ödəniş etməməlisiniz. VP:VND qaydasını xüsusilə diqqətinizə çatdırıram, çünki bura kimisə tanıtmaq platforması və ya məlumat bazası deyil, ensiklopediyadır. Əksinə, haqqında mənbələrdə geniş məlumat olan, fəaliyyətini geniş əhatə edən mənbələr olan və əhəmiyyət qazanmış şəxslər üçün məqalələr yazılır. Hörmətlə, Qədir (müzakirə) 07:55, 9 may 2026 (UTC)
- Əfsuslar olsun ki mən hazırladığım qaralamanı tapıb ora daxil ola bilmirəm. lakin əmin edə bilərəm ki orada mən Araz müəllim haqqında yazılmış və dövlət kanalları üçün çəkilmiş bütün materialların dəqiq linklərin yerləşdirmişəm. Günel (Yusif) Məmmədova (müzakirə) 08:24, 9 may 2026 (UTC)
- Buyurun: Qaralama:Araz Əşrəf oğlu Məmmədov. Hörmətlə, Qədir (müzakirə) 08:37, 9 may 2026 (UTC)
- Buyurun mənim təqdim etdiyim istinadlar. Əziyyət verdiyim üçün üzürlü hesab edin
- "TARİXİ YAŞADAN ƏLLƏR—NAXÇIVANLI SİLAHSAZ". kiriminsesigazetesi.com. 2020.
- "Məmmədov Araz Əşrəf oğlu". texnikikollec.ndu.edu.az. 2018.
- "Qədim el sənəti – Silahsazlıq". nuhcixan.az. 2020.
- Naxçıvan TV. "Naxçıvanlı sənətkar Araz Məmmədovun əl işləri muzey fonduna daxil edilib". YouTube (az.).
- "Naxçıvanlı silahsazın əl işləri". AzTV. 20 yanvar 2021.
- Günel (Yusif) Məmmədova (müzakirə) 08:42, 9 may 2026 (UTC)
- Buyurun mənim təqdim etdiyim istinadlar. Əziyyət verdiyim üçün üzürlü hesab edin
- Buyurun: Qaralama:Araz Əşrəf oğlu Məmmədov. Hörmətlə, Qədir (müzakirə) 08:37, 9 may 2026 (UTC)
Bunları incələmişəm, kifayət deyil. Hörmətlə, Qədir (müzakirə) 08:44, 9 may 2026 (UTC)
- başqa məqalələri və əl işləri var onlarıda yerləşdirsəm olar mi? Günel (Yusif) Məmmədova (müzakirə) 08:46, 9 may 2026 (UTC)
- Şəxsin özü özü üçün mənbə kimi qeydə alınmır. Şəxslə bağlı digər VP:ƏSAS ödəyən mənbələr varsa, bəli, ata bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 08:49, 9 may 2026 (UTC)
- mənbələri biz yaratmamışıq bunlar resmi dövlət mənbələridir. “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” sərgisinin kataloqu 30 oktyabr-16 noyabr 2025-ci il "AZƏRBAYCANIN ƏNƏNƏVİ QISA TİYƏLİ SOYUQ SİLAHLARI: XƏNCƏR, QƏMƏ VƏ BEHBUDUN TARİXİ, FUNKSİONAL VƏ MƏDƏNİ ASPEKTLƏRİ". İRS jurnalında nəşr olunmuş məqaləsi "ОРУЖЕЙНОЕ ДЕЛО В НАХЧЫВАНЕ" № 138, 2026 bunlar sayılır mı? Günel (Yusif) Məmmədova (müzakirə) 09:26, 9 may 2026 (UTC)
- Xeyr. Hörmətlə, Qədir (müzakirə) 16:11, 26 may 2026 (UTC)
- mənbələri biz yaratmamışıq bunlar resmi dövlət mənbələridir. “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” sərgisinin kataloqu 30 oktyabr-16 noyabr 2025-ci il "AZƏRBAYCANIN ƏNƏNƏVİ QISA TİYƏLİ SOYUQ SİLAHLARI: XƏNCƏR, QƏMƏ VƏ BEHBUDUN TARİXİ, FUNKSİONAL VƏ MƏDƏNİ ASPEKTLƏRİ". İRS jurnalında nəşr olunmuş məqaləsi "ОРУЖЕЙНОЕ ДЕЛО В НАХЧЫВАНЕ" № 138, 2026 bunlar sayılır mı? Günel (Yusif) Məmmədova (müzakirə) 09:26, 9 may 2026 (UTC)
- Şəxsin özü özü üçün mənbə kimi qeydə alınmır. Şəxslə bağlı digər VP:ƏSAS ödəyən mənbələr varsa, bəli, ata bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 08:49, 9 may 2026 (UTC)
İlkin Namazov
[vikimətni redaktə et]Hörmətli icma, mən dünya rekordu sahibi və beynəlxalq dərəcəli idmançı İlkin Namazov haqqında məqalə yaratmışdım, lakin silindi. Əlimdə dövlət xəbər agentliklərinin (məsələn: Azərtac, Apasport və s.) rəsmi linkləri var. Şəxs ABFF-nin rəsmi üzvüdür. Zəhmət olmasa, hansı qaydanı pozduğumu bildirin və ya məqaləni bərpa edin ki, çatışmazlıqları düzəldim Lifter2024 (müzakirə) 13:56, 29 aprel 2026 (UTC)
- Həmin şəxslə əlaqəniz nədir? VP:Maraq toqquşması və VP:Avtobioqrafiya səhifələrini oxuyun. Buradakı keçidləri də oxuyun. Hörmətlə, Qədir (müzakirə) 20:10, 8 may 2026 (UTC)
Wikipedia linkinin itməsi haqqında
[vikimətni redaktə et]Salam.
Mən Bəndəliyev Rövşən Əlifağa oğlu riyaziyyat üzrə elmlər doktoru və professor elmi adını daşıyıram. Mənim fəaliyyətim əsasən Azərbaycan Milli Elmlər Akademiyasıın(AMEA) Riyaziyyat İnstitutu ilə bağlı olub(1999-cu ildən hal-hazıra kimi). Həmçinin, AMEA-nın professorlarının koordinasiya şurasının sədri olmuşam . 2016 və yaxud 2017-ci ildə mənim wikipedia səhifəm mövcud idi. Lakin bu yaxınlarda nədənsə bu səhifə silinib.
Xahiş edirəm ki, bunu araşdırmaq üçün mənə kömək edəsiniz.
Hörmətlə,
Bəndəliyev Rövşən ~2026-30662-81 (müzakirə) 06:40, 22 may 2026 (UTC)
- Salam məqalə vəziyyətinə görə müzakirə əsasında silinmişdir. Əgər şəxsin Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri) tələblərinə cavab verdiyini düşünürsünüzsə (əgər dediyiniz dərəcəyə sahibdir və bunu təsdiq edəcək etibarlı mənbələr varsa uyğundur(diplomunun şəkli vikipediya üçün mənbə deyil)) məqaləni qaralamada yaradıb bərpa üçün təqdim edə bilərsiz.(Vikipediya:Bərpa üçün namizəd səhifələr) Özünüz haqqında məqalə yaratmaq məsləhət görülmür. Həmçinin bu qaydalarla da tanış olun:
- İstifadəçi hesabı yaratmağınız ünsiyyəti daha rahat edəcək. Başqa sualınız varsa bura əlavə edə bilərsiz — Bikar müzakirə 06:51, 22 may 2026 (UTC)
Vikipediya:Məsuliyyətdən imtina üçün kömək paneli sualı (22:53, 27 may 2026)
[vikimətni redaktə et]Hamiya salamlar yeniye zehmet olmasa mene komek ederdiz ki men nece meqale yaradim ve sekil paylaşim --Sakir Tagiyev (müzakirə) 22:53, 27 may 2026 (UTC)
İstifadəçi:X.T.S.F üçün kömək paneli sualı (22:38, 21 iyun 2026)
[vikimətni redaktə et]Məqalənin adını necə dəyişim? --X.T.S.F (müzakirə) 22:38, 21 iyun 2026 (UTC)
- Salam. Hansı məqaləni, necə adlandırmaq istəyirdiz? — Bikar müzakirə 08:33, 22 iyun 2026 (UTC)
Biləsər üçün kömək paneli sualı (16:49, 23 iyun 2026)
[vikimətni redaktə et]mərkəzi hündürlüy düzgün yazılmayıb --Ozerpasasoy (müzakirə) 16:49, 23 iyun 2026 (UTC)
Biləsər kəndi haqqında əlavə məlumatlar
[vikimətni redaktə et]geniş məlumat vermək istəyirəm Ozerpasasoy (müzakirə) 16:52, 23 iyun 2026 (UTC)
Məqalənin qaralama statusundan çıxarılmasını istəyirəm
[vikimətni redaktə et]Salam mən məqaləmdə düzəlişlər etdim xahiş edirəm zəhmət olmasa baxış keçirərdiz.və məqaləmi qaralama statusundan çıxarıb yayınlayardız.Öncədən təşəkkürlər. X.T.S.F (müzakirə) 00:53, 24 iyun 2026 (UTC)
Qaralamanin esas meqaleye kocurulmesi
[vikimətni redaktə et]Salam. Yeni istifadəçi olduğum üçün qaralamamı əsas məqaləyə köçürə (adını dəyişdirə) bilmirəm. Zəhmət olmasa, İstifadəçi:Vefadar Axundov/Qaralama səhifəmi "Vəfadar Axundov" adı ilə əsas məqalə bölməsinə köçürməyə kömək edəsiniz. Təşəkkürlər! Vefadar Axundov (müzakirə) 16:45, 24 iyun 2026 (UTC)
- Salam. Vikipediya:Vikipediya nə deyil?, Vikipediya:Süni intellektdən istifadə, Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) qaydaları ilə tanış olun. Məqalənin vəziyyəti, o cümlədən şəxsin əhəmiyyətini göstərən mənbələrin olmaması məqalənən əsas fəzaya köçürülməsinə şərait yaratmır — Bikar müzakirə 16:48, 24 iyun 2026 (UTC)
Vikipediya:Məqalə sehrbazı üçün kömək paneli sualı (06:23, 30 iyun 2026)
[vikimətni redaktə et]Necə səhifə yaradım --Ziyafət Həbibova (müzakirə) 06:23, 30 iyun 2026 (UTC)
Ziyafət Həbibova üçün kömək paneli sualı (06:34, 30 iyun 2026)
[vikimətni redaktə et]Formanı necə əldə edim --Ziyafət Həbibova (müzakirə) 06:34, 30 iyun 2026 (UTC)
İstifadəçi:Rafik Salmanov üçün kömək paneli sualı (23:15, 2 iyul 2026)
[vikimətni redaktə et]Salam mən öyrənmək istəyirdim paylaşımın silinmə səbəbi nədir --Rafik Salmanov (müzakirə) 23:15, 2 iyul 2026 (UTC)
- Silinmiş səhifəyə daxil olarsanız orada bu barədə müvafiq məlumatı görəcəksiniz. Hörmətlə, Qədir (müzakirə) 23:17, 2 iyul 2026 (UTC)
İstifadəçi:İsmayılzadə Elçin Kamal oğlu üçün kömək paneli sualı (17:58, 6 iyul 2026)
[vikimətni redaktə et]Salamlar Şəkilini necə əlavə edim --İsmayılzadə Elçin Kamal oğlu (müzakirə) 17:58, 6 iyul 2026 (UTC)
Ebis Hesenov üçün kömək paneli sualı (01:55, 9 iyul 2026)
[vikimətni redaktə et]Necə yaradım vikipediya birdənki eləməmişəmee --Ebis Hesenov (müzakirə) 01:55, 9 iyul 2026 (UTC)
Qaralama:Jiyutaido məqaləsinin əsas ad məkanına köçürülməsi
[vikimətni redaktə et]Salam, hörmətli Vikipediya icması.
Son müddətdə Qaralama:Jiyutaido məqaləsi üzərində geniş işlənmişdir. Məqalə etibarlı və müstəqil mənbələrlə zənginləşdirilmiş, mətn Vikipediyanın neytral baxış bucağına uyğunlaşdırılmış, ensiklopedik üslubda yenidən redaktə edilmiş və strukturlaşdırılmışdır.
Məqalədə idman növünün tarixi, beynəlxalq fəaliyyəti, federasiya və təşkilatlanma sistemi, yarışları və digər bölmələr müvafiq istinadlarla təqdim edilmişdir.
Xahiş edirəm, məqaləni nəzərdən keçirəsiniz. Əgər Vikipediyanın tələblərinə uyğun hesab olunarsa, Qaralama:Jiyutaido səhifəsinin Jiyutaido adı ilə əsas ad məkanına köçürülməsinə kömək etməyinizi xahiş edirəm.
Rəy və təkliflərinizi məmnuniyyətlə nəzərə alacağam. Təşəkkür edirəm. Azizlimuhammed2007 (müzakirə) 21:38, 9 iyul 2026 (UTC)
- @Azizlimuhammed2007 fikrimcə bu mövzu ensiklopedik deyil. Ola bilər ki, mövzu mənə tanış deyil. Digər yoldaşlar da fikir bildirsə yaxşıolardı. Araz Yaquboglu (müzakirə) 05:09, 10 iyul 2026 (UTC)
- Salam Araz bəy, sualınız üçün təşəkkür edirəm. Jiyutaido, 2008-ci ildən
- Azərbaycanda fəaliyyət göstərən və beynəlxalq səviyyədə (dünya çempionatları,
- Avropa çempionatları, Afrika və Asiya kubokları daxil olmaqla) tanınan bir
- döyüş idman növüdür. Əhəmiyyətliliyi ilə bağlı bəzi əlavə mənbələr:
- - AZƏRTAC-ın rəsmi xəbərləri (dövlət informasiya agentliyi)
- - Rusiya Federasiyasının bir sıra regionlarında rəsmi dövlət idman akkreditasiyası
- - International Fair Play Committee (CIFP) və digər beynəlxalq idman
- təşkilatlarının üzvlük təsdiqləri
- Əlavə mənbə və ya redaktə tələb olunarsa, məmnuniyyətlə əməkdaşlıq edərəm. Azizlimuhammed2007 (müzakirə) 22:30, 10 iyul 2026 (UTC)
"Azərbaycan Ssenaristlər Gildiyası" məqaləsinin əsas ad məkanına köçürülməsi ilə bağlı kömək
[vikimətni redaktə et]Salam. "İstifadəçi:Nijatdadashov/Qaralama" səhifəsində "Azərbaycan Ssenaristlər Gildiyası" adlı məqalə hazırlamışam. Məqalə mənbələr, şəkillər və infoqutu ilə tamamlanıb. Lakin hesabımda "Daşı" (Move) hüququ görünmür. Zəhmət olmasa məqaləni əsas ad məkanına "Azərbaycan Ssenaristlər Gildiyası" adı ilə köçürməyə kömək edə bilərsiniz? Təşəkkür edirəm. Nijatdadashov (müzakirə) 17:44, 15 iyul 2026 (UTC)
- Köçürdüm. Bu məqaləni yaratmağı mən də planlaşdırırdım. Təşəkkürlər! Nemoralis (müzakirə) 18:00, 15 iyul 2026 (UTC)
- Maraq toqquşması var məqalədə. Gildiyanın sədri ilə məqaləni yaradan eyni şəxsdir. Bir qədər PR xarakterli məqalədir. Sousou no Frieren 20:11, 15 iyul 2026 (UTC)
- Salam. Diqqətinizə görə təşəkkür edirik. Hesabın adı Nijat Dadaşov olsa da, hesab Gildiyanın fəaliyyətinə kömək edən komanda tərəfindən idarə olunur. Məqalənin məqsədi hər hansı şəxsin PR-ı deyil, yeni yaradılmış Azərbaycan Ssenaristlər Gildiyası haqqında ensiklopedik və mənbələrə əsaslanan məlumat təqdim etməkdir. Əgər məqalədə ensiklopedik üsluba uyğun olmayan və ya reklam xarakterli ifadələr varsa, onları Vikipediyanın qaydalarına uyğun şəkildə düzəltməyə və neytral mətnlə əvəz etməyə hazırıq. Təşəkkür edirik. Nijatdadashov (müzakirə) 20:29, 15 iyul 2026 (UTC)
- @Nijatdadashov, buna icazə verilmir, ortaq hesablar Vikipediyada qadağandır: VP:ROL. Nemoralis (müzakirə) 20:32, 15 iyul 2026 (UTC)
- Çıxış yolu kimi bizə necə bir məsləhət verərdiniz? Yeni bir hesabla bu məqaləni əlavə edək? Nijatdadashov (müzakirə) 20:33, 15 iyul 2026 (UTC)
- Hesabı təkcə 1 nəfər idarə etməli və istifadəçi adı da dəyişdirilməlidir. Vikipediya:İstifadəçi adının dəyişdirilməsi səhifəsinə baxın. Nemoralis (müzakirə) 20:39, 15 iyul 2026 (UTC)
- Təşəkkür edirəm. İstifadəçi adımın dəyişdirilməsi üçün müraciət etdim. Nijatdadashov (müzakirə) 20:48, 15 iyul 2026 (UTC)
- Hesabı təkcə 1 nəfər idarə etməli və istifadəçi adı da dəyişdirilməlidir. Vikipediya:İstifadəçi adının dəyişdirilməsi səhifəsinə baxın. Nemoralis (müzakirə) 20:39, 15 iyul 2026 (UTC)
- Çıxış yolu kimi bizə necə bir məsləhət verərdiniz? Yeni bir hesabla bu məqaləni əlavə edək? Nijatdadashov (müzakirə) 20:33, 15 iyul 2026 (UTC)
- @Nijatdadashov, buna icazə verilmir, ortaq hesablar Vikipediyada qadağandır: VP:ROL. Nemoralis (müzakirə) 20:32, 15 iyul 2026 (UTC)
- Salam. Diqqətinizə görə təşəkkür edirik. Hesabın adı Nijat Dadaşov olsa da, hesab Gildiyanın fəaliyyətinə kömək edən komanda tərəfindən idarə olunur. Məqalənin məqsədi hər hansı şəxsin PR-ı deyil, yeni yaradılmış Azərbaycan Ssenaristlər Gildiyası haqqında ensiklopedik və mənbələrə əsaslanan məlumat təqdim etməkdir. Əgər məqalədə ensiklopedik üsluba uyğun olmayan və ya reklam xarakterli ifadələr varsa, onları Vikipediyanın qaydalarına uyğun şəkildə düzəltməyə və neytral mətnlə əvəz etməyə hazırıq. Təşəkkür edirik. Nijatdadashov (müzakirə) 20:29, 15 iyul 2026 (UTC)
- Maraq toqquşması var məqalədə. Gildiyanın sədri ilə məqaləni yaradan eyni şəxsdir. Bir qədər PR xarakterli məqalədir. Sousou no Frieren 20:11, 15 iyul 2026 (UTC)
Vikipediya:Məqalə istəkləri üçün kömək paneli sualı (02:03, 16 iyul 2026)
[vikimətni redaktə et]Salam.Men bir alim haqqinda vikipediya yaratmaq isteyirem --Sahin Alis (müzakirə) 02:03, 16 iyul 2026 (UTC)
Rename
[vikimətni redaktə et]Profil adımı necə dəyişə bilərəm AKamilla (müzakirə) 09:14, 3 avqust 2026 (UTC)
- Salam. Vikipediya:İstifadəçi adının dəyişdirilməsi səhifəsində müraciət edin — Bikar müzakirə 09:16, 3 avqust 2026 (UTC)
- Təşəkkür edirəm AKamilla (müzakirə) 10:06, 3 avqust 2026 (UTC)
Aktyor Emin Abışov haqqında ensiklopedik məqalənin yaradılması barədə
[vikimətni redaktə et]Salam, hörmətli Vikipediya idarəçiləri və redaktorları.Mən, Azərbaycan mənşəli, hal-hazırda Türkiyədə fəaliyyət göstərən peşəkar aktyor Emin Abışov (Emin Abishov) haqqında ensiklopedik məqalənin yaradılması üçün müraciət edirəm. Bildirmək istəyirəm ki, fəaliyyətim həm yerli, həm də beynəlxalq miqyaslı tarixi və müasir layihələri əhatə edir.Məqalənin ensiklopedik tanınmışlıq (notability) kriteriyalarına uyğunluğunu təsdiq edən əsas məqamlar:Kuruluş Orhan (Bozdağ Film): Serialda 'Kayı Alp' obrazını canlandırmışam.Bozkır Arslanı Celaleddin: İki mövsüm ərzində başrolun muhafızı rolunda çıxış etmişəm.Arka Sokaklar: Serialın 20-ci mövsüm finalında (751-ci bölüm) iştirak etmişəm.IMDb və Kinobiz.az: Beynəlxalq və yerli kino bazalarında profilim və filmoqrafiyam mövcuddur.Məqalənin bitərəf (neytral) tonda və müstəqil mənbələrə istinad edilərək yaradılmasında köməkliyinizi xahiş edirəm. Şəxsim haqqında bütün rəsmi məlumatları və müstəqil media linklərini təqdim etməyə hazıram.Hörmətlə,Emin Abışov ~2026-43124-18 (müzakirə) 00:04, 4 avqust 2026 (UTC)
- Özünüz və maraqlarınız olan mövzularda məqalələr yazmaq tövsiyə edilmir, VP:AVTO səhifəsini oxuyun. Hörmətlə, Qədir (müzakirə) 09:51, 4 avqust 2026 (UTC)
Kömək paneli sualı (16:44, 8 avqust 2026)
[vikimətni redaktə et]Salam.Məqaləyə Yeni başlıq və şəkil necə əlavə edilir? --Brave28 (müzakirə) 16:44, 8 avqust 2026 (UTC)
- Salam. Müəllifi özünüz olduğunuz şəkli commons-a yükləyə bilərsiz. — Bikar müzakirə 17:40, 28 avqust 2026 (UTC)
Məhərrəmov Tərlan Ramazan oğlu üçün kömək paneli sualı (07:32, 19 avqust 2026)
[vikimətni redaktə et]Şəkili haradan əlavə edə bilərəm --Turan2005 (müzakirə) 07:32, 19 avqust 2026 (UTC)
- Salam. Məzmunsuz məqalə silinib. Müəllifi özünüz olduğunuz şəkli isə commons-a yükləyə bilərsiz. — Bikar müzakirə 17:39, 28 avqust 2026 (UTC)
Şəmətük üçün kömək paneli sualı (16:46, 23 avqust 2026)
[vikimətni redaktə et]Redaaktəm niyə yaayımlanmayıb --Bəylər Kijəbəli (müzakirə) 16:46, 23 avqust 2026 (UTC)
- Salam. Tanış olun: Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) — Bikar müzakirə 17:38, 28 avqust 2026 (UTC)
İstifadəçi müzakirəsi:İbos5578 üçün kömək paneli sualı (13:15, 28 avqust 2026)
[vikimətni redaktə et]Salam.Mən məqalənin sonuna necə imza atım ? --İbos5578 (müzakirə) 13:15, 28 avqust 2026 (UTC)
- Salam. Məqalə daxilində imza istifadə etmək olmaz. Vikipediya:EƏŞ ilə tanış olun. — Bikar müzakirə 16:48, 28 avqust 2026 (UTC)
- Aha..Aydındır İbos5578 (müzakirə) 07:28, 31 avqust 2026 (UTC)
Elnur Jalina üçün kömək paneli sualı (11:07, 4 sentyabr 2026)
[vikimətni redaktə et]yayımlaya bilmirəm --Aydın972 (müzakirə) 11:07, 4 sentyabr 2026 (UTC)
- Ensiklopedik tələblərə cavab vermir yaratdığınız məqalə - ╰┈➤Hersoq (Salam Mesaj 12:49, 4 sentyabr 2026 (UTC)
“Sevda Qasımova” qaralamasının qiymətləndirilməsi barədə
[vikimətni redaktə et]Salam.
“Qaralama:Sevda Qasımova” səhifəsinin təkmilləşdirilməsi üçün kömək və əlavə rəy almaq istərdim.
Məsələni daha əvvəl mentorum Nemoralis ilə müzakirə etmişəm. O, təqdim etdiyim mənbələrin şəxsin ensiklopedik əhəmiyyətliliyini kifayət qədər əsaslandırmadığını bildirib, onun həyat və elmi fəaliyyətini əhatə edən media mənbələrinə ehtiyac olduğunu qeyd edib. Əvvəlki müzakirə “İstifadəçi müzakirəsi:Nemoralis” səhifəsində TaleyT istifadəçisinin sualı altında yerləşir.
Xahiş edirəm, qaralamanı alimlər üçün xüsusi əhəmiyyətlilik meyarları baxımından da qiymətləndirəsiniz. Media mənbələrindən əlavə, elmi fəaliyyətin əhəmiyyətini təsdiqləyən hansı mənbələrin nəzərə alına biləcəyini və mövcud istinadların hansı meyarı əsaslandıra biləcəyini anlamaq istəyirəm.
Məqsədim çatışmazlıqları müəyyənləşdirib qaralamanı qaydalara uyğun şəkildə təkmilləşdirməkdir. Hansı əlavə müstəqil mənbələrə ehtiyac olduğunu izah etsəniz, minnətdar olaram.
Qaralama: https://az.wikipedia.org/wiki/Qaralama:Sevda_Qasımova
Köməyiniz üçün təşəkkür edirəm!
Hörmətlə,
Need help checking notability
[vikimətni redaktə et]Hello! Sorry for writing in English (feel free to answer to me in Azerbaijani). (Re-posting here a thing that I incorrectly posted in wrong place.)
I need help verifying notability of this person: crh:Asya Aslanova. Do you think this person is notably enough to have a Wikipedia page?
I need your help because the sources are in Azerbaijani, and I have no idea if they’re reliable or note-worthy.
(For me, a major red flag is that there’s no Azerbaijani page about her. What’s more, the page author seems more proficient in Azerbaijani than in Crimean Tatar: they page currently is a mix of Azerbaijani and Crimean Tatar. Given this, it’s strange they chose to create a page in Crimean Tatar and not Azerbaijani Wikipedia.) Хтосьці (müzakirə) 12:31, 8 sentyabr 2026 (UTC)
- @Хтосьці, she is not a notable person. The reason they created this page in Crimean Tatar is that there is no active moderation there, so the likelihood of the page being deleted is lower than it would be in Azerbaijani. This is a known tactic used by such individuals. Nemoralis (müzakirə) 13:51, 8 sentyabr 2026 (UTC)
- Could someone please have a look at crh:Əziz Dəvrişov, is he noteworthy enough for Wikipedia? Хтосьці (müzakirə) 11:50, 10 sentyabr 2026 (UTC)
- @Хтосьці, same reason as above. Nemoralis (müzakirə) 12:21, 10 sentyabr 2026 (UTC)
- I need more help... crh:Ali Magerro is also non-notable, is he? Or should we keep that article? Хтосьці (müzakirə) 14:46, 11 sentyabr 2026 (UTC)
Əjdər Əlizadə məqaləsi haqqında
[vikimətni redaktə et]Mənim haqqımda olan Əjdər Əlizadə məqaləsi nədən silinməyə namizəddir? Ajanbauer (müzakirə) 18:18, 11 sentyabr 2026 (UTC)
Həmzə Hüseynli qaralamasının yoxlanılması xahişi
[vikimətni redaktə et]Salam. Mən Həmzə Hüseynliyəm və bu qaralama mənim özüm haqqımdadır, yəni maraqların toqquşması var. Buna görə məqaləni özüm əsas fəzaya çıxarmıram: İstifadəçi:Huseynli-hamzaAtropatena/Həmzə Hüseynli. Qaralama 2015-2022-ci illərin müstəqil mətbuat mənbələrinə əsaslanır (AZƏRTAC, APA TV, Musavat, Xeberler.az, Axar.az, Azvision, Technote, Qaynarinfo). Təcrübəli redaktorlardan xahiş edirəm əhəmiyyətlilik və neytrallıq baxımından yoxlasınlar: uyğun sayılsa əsas fəzaya köçürülsün, uyğun deyilsə nəyin çatışmadığını bildirin, düzəldərəm. Qeyd: "Həmzə Hüseynli" səhifəsi 2015-ci ildə silinmişdi, indiki mətn tamamilə yenidir və mənbələrlə yazılıb. Təşəkkür edirəm. Huseynli-hamzaAtropatena (müzakirə) 15:33, 12 sentyabr 2026 (UTC)
Silinmiş məqalənin bərpası haqqında
[vikimətni redaktə et]Salam. Mən Vüsal Əhmədzadə Cabir oğlu. Mənim məqaləm üçün düşünürəm ki, bütün vacib yerlər üçün qeydlərim var idi. Lakin məqalə bir müddət sonra silindi. Mənə deyilən bu oldu ki, ensiklopedik şəxs kimi görünmədi. Linklər də var mən də. İndi növbəti mərhələdə mən nə etməliyəm? Vüsal Əhmədzadə Cabir (müzakirə) 08:16, 15 sentyabr 2026 (UTC)
Səhifənin köçürülməsi xahişi
[vikimətni redaktə et]Salam. Mənim "İstifadəçi:Ovoneletni/Draft" səhifəmi "Vaqif Rəsulov" adı ilə əsas məkana köçürmək istəyirəm, lakin hesabımda hələ "Köçür" hüququ yoxdur. Kimsə mənim əvəzimə bu səhifəni köçürə bilərmi? Təşəkkürlər!
Qaralama:Rafiq Nəbiyev səhifəsinin əsas ad fəzasına köçürülməsi
[vikimətni redaktə et]Salam. Qaralama:Rafiq Nəbiyev səhifəsini hazırlamışam. Hazırda hesabımda səhifəni köçürmək funksiyası görünmür. Xahiş edirəm, məqalə uyğun hesab edilirsə, Rafiq Nəbiyev adı ilə əsas ad fəzasına köçürülməsinə kömək edəsiniz. Təşəkkür edirəm. GunayNabiyeva (müzakirə) 08:09, 24 sentyabr 2026 (UTC)
Vikipediya:Məqalə istəkləri üçün kömək paneli sualı (20:28, 28 sentyabr 2026)
[vikimətni redaktə et]Salam, mən məqalə neçə paylaşa bilərən --Ahu21 (müzakirə) 20:28, 28 sentyabr 2026 (UTC)
- Məqalə sehrbazından istifadə edə bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 03:34, 29 sentyabr 2026 (UTC)
1 aydan çox vaxtdır yaradılmış Məqalənin təsdiqlənməsi xahişi
[vikimətni redaktə et]Salam hörmətli idarəçilər və patrulçular. Musa Həsənov məqaləsini 1 aydır yaratmışam, hələ də Google-da görünmür. Zəhmət olmasa məqaləni patrul (təsdiq) edərdiniz ki, axtarış sisteminə düşsün. Çox sağ olun. Murad Həsənli MS (müzakirə) 19:19, 2 oktyabr 2026 (UTC)
Planlaşdırma
[vikimətni redaktə et]Tərəfimdən bir plan qurulmuşdu ki, hansı məqalələrin tərcüməsi yaxşı olardı. Lakin, bəzilərinin (xüsusilə də elmi məqalələrin) tərcümə zərurətindən o qədər də əmin deyiləm. Bunların müzakirəsini təklif edərdim.
Qurduğum plan üzrə məqalələrin aktual olduğunu necə müəyyən etmək olar? Bunların müzakirə olduğu bir ixtisaslaşmış meydan varmı? Yoxsa burda müzakirə etmək olar? Lawyer.F (müzakirə) 13:10, 3 oktyabr 2026 (UTC)
Qeyri-bitərəf yanaşma
[vikimətni redaktə et]Azərbaycan vikipediyasında məqalələrlə bağlı bəzən əsasız prosedur immitasiyalarına rast gəlinir. İngilis dilindən yaxşı-pis tərcümə edilmiş, ancaq mənası başa düşülməyən və ya təhrif edilmiş qaydalara “əsaslanan” iradlar meydana çıxır. Əlbəttə, bununla tək-tək istifadəçilər rastlaşmır. Pərdəarxası müzakirələrdən görünür ki, azvikiyə töhvə vermək istəyən bir çox istifadəçliər demotivasiya olurlar. 30 ilə yaxın qanunvericilik və idarəçilik təcrübəm göstərir ki, bir məsələ üzrə sərt prosedurlar çox olanda, səhvlər az olur, ancaq təşəbbüslər boğulur. Proserdurların ümumiyyətlə olmaması isə xaosa gətirib çıxarır. Buna görə, azvikidə bir qızıl ortaq nöqtə tapılmalıdır.
Məqalələrin baxış sayından görünür ki, azərbaycanca elmtutumlu məqalələrin belə, baxış sayı çox azdır. Azərbaycanca məqalələri oxuyan və yazan istifadəçilərin sayı o qədər böyük deyil ki, mübahisəli məqamların sayı çox olsun. Bəzən, məqalə yazan istifadəçilərə qarşı populist, yəni klişe və ya xarici dildən götürülmüş həqiqətdən uzaq yanaşmalara əsaslanan, mübahisəli mövzunu aksioma kimi qələmə verən “çıxışlar” görürük. Bütün bunlar təşəbbüsləri əngəlləyir. Süni intellektlərin azərbaycan məni ilə öyrədilməsində müşahidə olunan uçurum fəciəvi həddə çatacaq (öz fikrimdir). Belə olsa, bu vəziyyətin dövlət tənzimləməsinə təsirinin acı nəticələrinə hamımız qatlanmalı olarıq. Məsələdən çıxış yolunu iradların daha çox ümumi forumlarda müzakirəsində görürəm. Amma, bəlkə sizlər daha effektiv versiyasını bilirsiniz. Hər bir halda, şəxsi səhifələrdə müzakirələr qeyri-effektivdir.
Azviki qaydalarının bir çoxu ingiliscədən tərcümədir. Lakin Azərbaycan qanunları müəlliflik hüquqları hissəsində fərqli müddəaları nəzərdə tutur. Vikipediyanın qlobal qaydaları imkan verir ki, istisnaları qeyd edək. Bunun mexanizmi mənə mürəkkəb gəlir, ancaq yazılanlara görə mümkündür.
Istifadəçi konkret redaktorun yazdığını tam rəqəzli hesab edirsə, hansı yolla o redaktorla ünsiyyəti tam dayandıra bilər? Və ya hər dəfəsində apelyasiya (mediator) dəvət edə bilər? Təbii ki, indi bəzi redaktorlar bunların hansısa şərtlərlə bəlli qaydalara uyğun olmadığını qeyd edəcəklər; məlumdur ki, Vikipediyanın əməkdaşlıq prinsipləri ilə toqquşur. Adətən müzakirə səhifəsi, üçüncü rəy, icma müzakirəsi, vasitəçilik və ya administratorlara müraciət yolu izlənilir. Qarşılıqlı ünsiyyət məhdudiyyəti (interaction ban) isə yalnız icmanın qərarı ilə tətbiq olunur. Lakin məni “olmaz” cavabı yox, “nə cür olar” cavabı maraqlandırır. Hər bir təşəbbüsə rahatlıqla “olmaz” cavabıə vermək mümkündür, lakin peşəkar üsulunu göstərə biləndir. Təbii ki, təcrid üsulu daha cəlbedici görünür. Ancaq, mövqeləri dinləmək istərdim.
Azərbaycan vikipediyasındakı prosedurların tətbiqi qaydalarını harda effektiv müzakirə etmək olar ki, bir çox redaktor iştirak etsin və bir qərara gəlmək mümkün olsun?
Qərəzli redaktorla hansısa mübarizə üsulları mövcuddurmu? Redaktor müzakirəsinin xüsusi bir forumda daha geniş müzakirəsi üsulları varmı? Lawyer.F (müzakirə) 13:13, 3 oktyabr 2026 (UTC)
Azviki zənginləşdirmə strategiyası
[vikimətni redaktə et]Hörmətli iştirakçılar, azviki ilə bağlı bəzi müşahidələrimi bölüşüb, fikir mübadiləsi aparmağı təklif edirəm. Bir neçə il əvvəl həmkarlarımızla vikipediya məlumatlarını müzakirə edəndə həmişə azərbaycanca, hətta Azərbaycan barədə nə qədər natamam və bir çox hallarda, xarici ədəbiyyatın istifadəsi səbəbindən, yanlış məlumatların olduğunu görür, rus və ingilis dillərində isə, nə qədər dolğun olduğunu müşahidə edirdik. Vikipediya açıq, lakin etibarsız mənbə hesab olunduğundan, və əlimizdə o zamanlar mütəxəssislər üçün təqdim edilmiş deep search (indiki süni intellekt komponenti) alətləri olduğuna görə, bu cür yanlışlıqlar bizi narahat etmirdi. Zamanla süni intellekt alətləri təkcə dar çərçivə deyil, geniş istifadəçi kütləsi üçün əlçatan oldu və təzadlara rast gəlindi: geniş kütlə üçün təqdim edilən alqoritmə görə, iri həcmli məlumat toplusu olan vikipediya bir çox süni intellekt alətləri, ilk növbədə vikipediyaya müraciət etməyə başladılar. Hətta, süni intellektə verilən tapşırığa (prompt) qadağa yazılsa belə, arxa fonda vikipediyaya sorğular gedir. Bunun 5 əsas səbəbi var (onları sadalamaqla vaxtınızı almaq istəmirəm). İnternetdə (tək Vikipediyada yox), azərbaycanca internet materialları digər dillədə olan materiallardan azdır. Əl-əxsus, 2016-cı, 2018-ci və 2020-ci illərdə müxtəlif göstərişlər əsasında, dövlət və ictimai-əhəmiyyətli qurumlarının bir çox internet resursları bağlandı. Nəticədə, vikiresurslar süni intellekt alətlərinin öyərnməsi üçün əsas məbələrdən birinə çevrildi. Son zamanlar, azvikinin daha intensiv artmasıyla yanaşı, araşdırmalar aşağıdakı uyğunsuzluqları aşkar edir:
Azərbaycan əbcəd əlifbasında (azb.wikipedia) məqalələrin sayı az.wikipediadakı məqalələrdən artıqdır. Bunun səbəbi azb versiyası üçün texniki üsullarla (botlar) fars dilindən çevirmələrdir (buna texniki dildə məlumat tökümü də deyirlər). Nəticə etibarı ilə məqalələr sonradan yaxşı-pis orfoqrafik yoxlamalardan keçirilib, qəraətbəxş hesab olunub (yəni, 10 ballıq sistem üzrə 3). Mahiyyət etibarı ilə, azb məqalələrinin əksər hissəsinin azlata hərfdəyişməsini (transliterasiyasını) claude ai və ya perplexity ai alətləri ilə mümkündür. Əksər bioqrafik və ya təsviri məqalələri tam səlist çevrilməsini birinci dəfəyə almaq mümkündür. Qalır müvafiq botu yaratmaq.
Statistikaya görə İngilis dilindən sonra, vikipediyada ikinci çox məqaləsi olan dil Cebuano dilidir. Filipində işlədilən bu dildə məqalələrin çox olma səbəbi botlardır. Məqalələrin mütləq əksəriyyəti botlar vasitəsi ilə tərcümələrdir. Cəmi 6 admin və 176 aktiv istifadəçi təxminən 5,5 milyon məqalə yaradılıb. Bunun üçün tərcümə botu yaradılıb.
Qeyd olunanlarla bağlı suallar:
azb vikidən az vikiyə məqalələrin keçirilməsi üçün transliterasiya (hərf dəyişmə) botunun yaradılması ideyasına necə baxırsınız?
Tərcümə botlarının tətəbiqinə necə baxılır, bir şərtlə ki, sonradan məqalələr peşəkarlar tərəfindən yoxlanılsın (yoxlama mexanizmi zatən var)? Bir çox viki icmaları kütləvi maşın tərcüməsinə şübhə ilə yanaşır. Amma, yoxlamaların həmin şübhələri aradan qaldıracağı düşünülür. Lawyer.F (müzakirə) 13:18, 3 oktyabr 2026 (UTC)
Salam mən Qaralama:Musa Həsənov məqaləsindəki bütün səhvləri düzəltmişəm zəhmət olmasa baxarsız əgər düzdürsə təsdiqləyərisiz yenə səhv varsa bildirərsiz məndə məqalə üstündə işləyərəm zəhmət olmasa cavablandırın. Səhvlərim varsa bildirin yoxsa köçürün. Murad Həsənli MS (müzakirə) 08:07, 4 oktyabr 2026 (UTC)
Vikipediya:Haqqında üçün kömək paneli sualı (08:22, 13 oktyabr 2026)
[vikimətni redaktə et]şəkil necə qoymaq olar --Nazim Qocamanlı şair (müzakirə) 08:22, 13 oktyabr 2026 (UTC)
Bioqrafiya qaralamasının qiymətləndirilməsi
[vikimətni redaktə et]Salam.
Rüfət İbrahimov haqqında bioqrafiya qaralaması hazırlamışam:
İstifadəçi:Rufat.ibrahim/Rüfət İbrahimov
Qaralamada müstəqil mətbuat materialları, televiziya reportajları və rəsmi dövlət mənbələrinə istinadlar əlavə etmişəm.
Məqalə mənim haqqımda olduğu üçün maraqlar toqquşmasını qaralamanın müzakirə səhifəsində açıq şəkildə bildirmişəm.
Təcrübəli redaktorlardan qaralamanın ensiklopedik əhəmiyyətlilik, neytrallıq və mənbələrin etibarlılığı baxımından qiymətləndirilməsini xahiş edirəm.
Qaralama uyğun hesab edilərsə, əsas məqalələr bölməsinə keçirilməsi üçün hansı proseduru izləməli olduğumu da öyrənmək istərdim.
Əvvəlcədən təşəkkür edirəm. Rufat.ibrahim (müzakirə) 09:39, 18 oktyabr 2026 (UTC)
İstifadəçi:Əkbər Quliyev üçün kömək paneli sualı (12:59, 21 oktyabr 2026)
[vikimətni redaktə et]istifadəçi səhifəsini necə dərc edə bilərəm --Əkbər Quliyev (müzakirə) 12:59, 21 oktyabr 2026 (UTC)
XƏLİLZADƏ QORQUD QƏHRƏMAN OĞLU üçün kömək paneli sualı (22:50, 23 oktyabr 2026)
[vikimətni redaktə et]Səhifəmə öz şəklimi necə yükləyim --Qorki (müzakirə) 22:50, 23 oktyabr 2026 (UTC)
Şəbəkə ustası, rəssam - Hüseyn Hacımustafazadə-qaralama səhifəsindən çıxarılma xahişi
[vikimətni redaktə et]Salam Qədir bəy,
Sizin qaralama səhifəsinə keçirdiyiniz Şəbəkə ustası, rəssam - Hüseyn Hacımustadfazadəyə aid məqalədə artıq düzəlişlər olunub. Vikipediyanın qaydalarını və qoyulan tələbləri oxumuşam. Düşünürəm ki, onlara əməl edərək məqalədə düzəlişlər etməyə çalışmışam. Burada yeni olduğumdan qüsur və səhvlərim ola bilər. Zəhmət olmasa səhifənin qaralamadan əsas səhifəyə keçirilmısi üçün kömklik göstərərdinizXahiş edirəm mənə bu işdə köməklik edəsiniz. İşlərinizdə uğurlar DANTES100 (müzakirə) 06:48, 31 oktyabr 2026 (UTC)
Nərgiz Məcidli səhifəsinin silinməsi haqqında
[vikimətni redaktə et]Salam! Nərgiz Məcidli ilə bağlı yaratdığım məqalə "Qeyri-ensiklopedik şəxs" səbəbilə silindi. Səhifənin ensiklopedik status qazanması və qaydalara uyğunlaşdırılması üçün hansı mənbələri və ya meyarları əlavə etməliyəm? Bu konuda köməkliyinizi xahiş edirəm. Təşəkkürlər! Aurum.35 (müzakirə) 17:49, 1 noyabr 2026 (UTC)
- Elə həmin mətnin üzərindən daxil olaraq şərtlərlə tanış ola bilərsiniz. Hörmətlə, Qədir (müzakirə) 18:27, 1 noyabr 2026 (UTC)
- Hər dəfə müxtəlif səbəb gətirilir. Nərgiz Məcidlini tanımırsızmı? Hansı səhv məlumat paylaşmışam anlamıram. Müsahibəsi var youtubedə. Ona əsaslanıb məlumatları qeyd etmişəm, 9 gündən sonra ad günü idi, ona qədər tam yığmaq istəyirdim məqaləni. Ad günü hədiyyəsi kimi əlimdənbu gəldi sadəcə. Xahiş edirəm yol verdiyim səhvləri məqalədən tam çıxardıb tam versiyasını yayımlamağıma kömək edin. Hörmətl, Aurum.35 (müzakirə) 18:37, 1 noyabr 2026 (UTC)
- Çünki silinməsi üçün bir neçə səbəblə uyğun gəlir. VP:EƏ, VP:ŞƏXS, VP:VND və VP:MT səhifələri ilə tanış olun. Hörmətlə, Qədir (müzakirə) 19:10, 1 noyabr 2026 (UTC)
- Oldu, çox sağ olun, deməli Youtube' ni rəsmi mənbə kimi görmür vikipediya. Başqa mənbələrdə müsahibəsini araşdırıb yenidən göndərəcəm, 10 noyabra qədər zəhmət olmasa təstiqlənməyinə kömək edin. Mən obyektiv insanam, ədalət prinsiplərim görə biləcəyiniz ən yüksək səviyyədədir. Amma burda subyektiv yazacam. Hər hansı mənfi məqalə yazmadığım və heç kimə zərərim olmadığını, məqaləmə görə heç bir məvacib almayacağımı nəzərə alaraq niyyətimin çüsbət olduğunu sizə bildirmək istəyirəm. Qaydalarınızdan tam anlayışım olmasa da, tanış oldum hər biri ilə. Məncə bu sadəcə standartlardı, biz məqaləmizi tam standartlarla eyni səviyyəyə gətirə bilmərik istəsək də. Sadəcə uyğunlaşdırmaq üçün addımlar ata bilərik. Məsələn adicə nümunə ilə göstırim. Sizin digər "Nemoralis" adlı əməkdaş öz Vikipediya məqaləsində 9 ildir ki redaktələr etdiyini bildirir. Bunun yalan olmasını 2023- cü ilin 26 noyabr ayı saat 15:27:15 də yaratığı ilk hesabının şəklini bura yapışdırmaqla sübut edə bilərəm. Amma bu qədər detal kifayətdir fikrimcə. Niyyətimin pis olmadığını anlayacağınızı və kömək edəcəyinizi hələ də böyük ümidlə gözləyəcəm. Minnətdaram öncədən. Hörmətlə, Aurum.35 (müzakirə) 19:40, 1 noyabr 2026 (UTC)
- Çünki silinməsi üçün bir neçə səbəblə uyğun gəlir. VP:EƏ, VP:ŞƏXS, VP:VND və VP:MT səhifələri ilə tanış olun. Hörmətlə, Qədir (müzakirə) 19:10, 1 noyabr 2026 (UTC)
- Hər dəfə müxtəlif səbəb gətirilir. Nərgiz Məcidlini tanımırsızmı? Hansı səhv məlumat paylaşmışam anlamıram. Müsahibəsi var youtubedə. Ona əsaslanıb məlumatları qeyd etmişəm, 9 gündən sonra ad günü idi, ona qədər tam yığmaq istəyirdim məqaləni. Ad günü hədiyyəsi kimi əlimdənbu gəldi sadəcə. Xahiş edirəm yol verdiyim səhvləri məqalədən tam çıxardıb tam versiyasını yayımlamağıma kömək edin. Hörmətl, Aurum.35 (müzakirə) 18:37, 1 noyabr 2026 (UTC)
Bizdə "əməkdaş" olmur, vikipediyaçı olur. Təkcə müsahibələrlə bütov bir məqalə yazıla bilməz, müsahibələr mövzu ilə bağlı tələb olunan əsas mənbələrin yanında bəzi hallarda dəstəkləyici rolunda çıxış edə bilərlər. Tələb olunan mənbələr yoxdursa ensiklopediklik də yoxdur, o da yoxdursa məqalə də olmayacaq. Nemoralis ilə bağlı hissəni başa düşmədim, həmçinin mövzu ilə olan əlaqəsini də. Hörmətlə, Qədir (müzakirə) 20:07, 1 noyabr 2026 (UTC)
- Yəni bütün məqalələr yazıldığı dəqiqliklə real olmur. Mənim məqaləmdə səhv tutan vikipediyaçının öz məqaləsində yanlış informasiya var. Sözüm onda deyil. İSO standartları haqqında yəqin ki məlumatınız var. Ölkələr bu standartlara 100 faziliklə riayət etmir, sadəcə uyğunlaşmağa çalışır. Mən də sizin standartlara uyğunlaşmağa çalışacam, bütün YouTube linklərini , reklam ehtiva edə biləcək linkləri təmizlədim. İstinadların da sizin dediyiniz kimi müsahibələrlə verilib ensiklopedlikliyi təmin etməyə çalışacam. Sadəcə xahişim odur ki, növbəti məqaləmdə 100 faizlik qaydalara uyğunluq üzərindən getməyin. Sadəcə bir gənc kimi xahiş edirəm. Aurum.35 (müzakirə) 20:18, 1 noyabr 2026 (UTC)
- Şəxsdən bəhs edən ən azı 3 etibarlı mənbəni göstərin (adının ötəri qeyd edilməsi kifayət deyil). Müsahibə deməmişəm, VP:ƏSAS oxuyun. Qaydalarla yaxından tanış olun. Vikipediya könüllü layihə olduğundan, məqalələrdəki səhvləri siz də düzəldə, həmçinin müzakirə səhifələrində bildirə bilərsiniz. Söhbət sizin yazdığınız məqalədən gedir, "whataboutism" arqument kimi qəbul olunmur. Məzmunu qaralama səhifənizdə düzgün şəkildə olduğu müddətcə redaktə etməyinizə hansısa məhdudiyyət qoyulmayıb. Hörmətlə, Qədir (müzakirə) 20:31, 1 noyabr 2026 (UTC)
- Oldu, zamanınızı aldığım üçün üzr istəyirəm. Köməyiniz üçün minnətdaram Aurum.35 (müzakirə) 20:35, 1 noyabr 2026 (UTC)
- Şəxsdən bəhs edən ən azı 3 etibarlı mənbəni göstərin (adının ötəri qeyd edilməsi kifayət deyil). Müsahibə deməmişəm, VP:ƏSAS oxuyun. Qaydalarla yaxından tanış olun. Vikipediya könüllü layihə olduğundan, məqalələrdəki səhvləri siz də düzəldə, həmçinin müzakirə səhifələrində bildirə bilərsiniz. Söhbət sizin yazdığınız məqalədən gedir, "whataboutism" arqument kimi qəbul olunmur. Məzmunu qaralama səhifənizdə düzgün şəkildə olduğu müddətcə redaktə etməyinizə hansısa məhdudiyyət qoyulmayıb. Hörmətlə, Qədir (müzakirə) 20:31, 1 noyabr 2026 (UTC)
- @Aurum.35, Vikipediya ad günü hədiyyəsi deyil, şəxs əhəmiyyətli biridirsə haqqında məqalə ola bilər, deyilsə məqalə silinəcək. Sizin yaratdığınız məqalədə sadəcə Instagram linkləri var. Mənə gəldikdə isə mənim ilk hesabım (yəni bu) 2017-ci il martın 30-da açılıb, başqa test məqsədilə açdığım hesabların hamısı istifadəçi səhifəmdəki "Açıqlamalar" bölməsində qeyd olunub. Bundan bəhs etmə səbəbiniz nə idi bilmirəm amma belə şeylərdən danışmaq sizin "ad günü hədiyyənizin" geri qaytarılmasına kömək etməyəcək. Məqalədən danışa bilirsinizsə ondan danışın, əsassız iddialar atmayın. Nemoralis (müzakirə) 05:44, 2 noyabr 2026 (UTC)
- P.S Oxuduğunuz şey mənim məqaləm deyil istifadəçi səhifəmdir, yəni profil. Mən əhəmiyyətli biri deyiləm ki, haqqımda Vikipediya məqaləsi olsun. Nemoralis (müzakirə) 05:46, 2 noyabr 2026 (UTC)
- Bu aqressiv cavabınız üçün də minnətdaram. Əhəmiyyətli olub olmadığı subyektiv səbəbdi yenə deyirəm. Vikipediyada o qədər lazımsız məlumatların saxlanılıb bu cür müsbət bir niyyətli məqaləmlə bu qədər məşğul olmağınıza üzüldüm. Silə bilirsizsə "artsak respublikasını " silin. Nə qədər də olmasa 9 illik təcrübəniz var. Sizə göndərilən müzakirələrə baxdım, necə idealogiyaya sahib olduğunuzu gördüm. Yaşınızla əlaqəlidi yəqin ki. Amma gənclərə inkişaf üçün kömək olmayan bir ideologiyanız var. Mənim bundan sonrakı məqaləmə zəhmət olmasa Qədir bəs fikir bildirsin, sizin aqressivliyinizdən mənə bir fayda yoxdu. Süni intellektin inkişaf etdiyi bir zamanda Vikipediyada hələ də aqressiv vikipediyaçıların işləməsinə üzüldüm. Aurum.35 (müzakirə) 06:01, 2 noyabr 2026 (UTC)
- Əlinizdə Whataboutismdən başqa bir cavab yoxdursa bu müzakirənin bir nəticəsi olmayacaq, elə göstərdiyiniz nümunədən görmək olur ki, siz hələ Vikipediyanın sadə qaydalarından xəbərsizsiz. Nemoralis (müzakirə) 10:00, 2 noyabr 2026 (UTC)
Məqalənin yoxlanılması xahişi
[vikimətni redaktə et]Salam! Mən Qəndab Səfərova (1986–1992-ci illərdə Azərbaycan ticarət nazirinin müavini) haqqında məqalə hazırlamışam: İstifadəçi:Huseynli Samir 13/Qaralama. Mən onun nəvəsiyəm, bu barədə istifadəçi səhifəmdə qeyd etmişəm. Məqalə 1974–2008-ci illərə aid kitab və qəzetlərə (o cümlədən Polşa və Türkiyə mətbuatına) əsaslanır. Bu sualı mentoruma da vermişdim, lakin o, hazırda aktiv deyil. Xahiş edirəm, məqaləni yoxlayasınız və uyğun hesab etsəniz, "Səfərova Qəndab Məmməd qızı" adı ilə əsas Vikipediyaya köçürəsiniz. Təşəkkür edirəm! Huseynli Samir 13 (müzakirə) 10:43, 2 noyabr 2026 (UTC)
Kömək paneli sualı (02:11, 5 noyabr 2026)
[vikimətni redaktə et]Azərbaycanlı alim Çingiz Hacıyev haqqında səhifə yaratmaq lazımdır --Sufi Həmid (müzakirə) 02:11, 5 noyabr 2026 (UTC)
Fazil Əliyev məqaləsinin əsas Vikipediyaya köçürülməsi
[vikimətni redaktə et]Salam, hörmətli Vikipediya redaktorları!
Mən, Fazil AfşarBunTürk, öz bioqrafiyam haqqında hazırladığım «Fazil Əliyev» adlı qaralamanın müstəqil redaktor tərəfindən yoxlanılmasını və ensiklopedik tələblərə uyğun hesab edildiyi təqdirdə əsas məqalələr bölməsinə köçürülməsini xahiş edirəm.
Qaralama: İstifadəçi:Fazil AfşarBunTürk/Fazil Əliyev
Hörmətlə, Fazil AfşarBunTürk
Soğanlığın tarixi və mədəni irsi — ayrıca məqalə üçün rəy
[vikimətni redaktə et]Hörmətli Vikipediya redaktorları!
«Soğanlığın tarixi və mədəni irsi» adlı geniş tarixi məqalə hazırlamışam.
Qaralama: [[İstifadəçi AfşarBunTürk/Soğanlığın tarixi və mədəni irsi]]
Məqalədə Soğanlığın tarixi toponimiyası, Qıpçaq–Afşar tayfalarının məskunlaşması, Osmanlı arxiv sənədləri, 1795 və 1921-ci illərin hərbi hadisələri, tarixi karvan yolları, dini həyat və mədəni irs araşdırılır.
Məqalədə rusdilli və gürcüdilli tarixi əsərlərə, elmi tədqiqatlara və arxiv materiallarına istinadlar verilmişdir. İstifadə olunan monoqrafiyanın müəllifi özüməm.
Azərbaycan Vikipediyasında «Soğanlıq» adlı yaşayış məntəqəsi haqqında məqalənin mövcud olduğunu bilirəm. Hazırladığım mətn isə məhz Soğanlığın tarixi və mədəni irsinə həsr olunmuş geniş araşdırmadır.
Bu mövzunun «Soğanlığın tarixi və mədəni irsi» adı ilə ayrıca ensiklopedik məqalə kimi yayımlanmasının mümkünlüyü və mənbələrinin yetərliliyi barədə rəy bildirməyinizi xahiş edirəm.
Hörmətlə, Fazil AfşarBunTürk (müzakirə) 17:23, 9 noyabr 2026 (UTC)
Eyni adlı məqalələr
[vikimətni redaktə et]Videooyun industriyası ilə Videoyun industriyası məqaləsi eynidir. Arada bir o hərf fərqi var. Birini necə silə bilərəm? Şiaİv (müzakirə) 17:55, 10 noyabr 2026 (UTC)