Nikolay Gikalo
| Nikolay Gikalo | |
|---|---|
| ukr. Микола Федорович Гикало | |
| | |
| 29 yanvar 1932 – 18 mart 1937 | |
| Əvvəlki | Konstantin Gey |
| Sonrakı | Vasili Şaranqoviç |
| 5 avqust 1929 – 1930 | |
| Əvvəlki | Levon Mirzoyan |
| Sonrakı | Vladimir Polonski |
| 1929 – 1929 | |
| Əvvəlki | Kupriyan Kirkij |
| Sonrakı | İsaak Zelenski |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 8 (20) mart 1897 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 25 aprel 1938 (41 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | güllə yarası |
| Dəfn yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
| Hərbi xidmət | |
| Döyüşlər | |
|
|
|
| Təltifləri |
|
Nikolay Fyodoroviç Gikalo (belar. Никола́й Фёдорович Гика́ло; 8 (20) mart 1897, Odessa, Xerson quberniyası – 25 aprel 1938, Moskva) — sovet dövlət və partiya xadimi, 1917-ci ildən kommunist partiyasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1929–1930).
Həyatı
[redaktə | vikimətni redaktə et]Nikolay Gikalo 1915-ci ildə Tiflis hərbi-feldşer məktəbini bitirib. I Dünya Müharibəsində iştirak edib, Georgi xaçı ilə təltif olunub. 1918–1927-ci illərdə Qafqazda partiya işində çalışıb. 1927–1928-ci illərdə ÜKP (b) MK-nın Orta Asiya bürosunun üzvü olub. 1929–1930-cu illərdə Özbəkistan KP (b) MK-nın katibi, 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifələrində çalışıb. 1930–1931-ci illərdə ÜKP (b) MK-nın təşkilati təqsim sədrinin müavini, 1932-ci il yanvarın 29-dan 1937-ci il martın 18-nə qədər Belorusiya KP (b) MK-nın I katibi olub. 1937-ci ildən Ukrayna KP (b)-nin Xarkov vilayət komitəsinin I katibi vəzifəsini tutub. 1937-ci il oktyabrın 11-də həbs edilib. 1938-ci il aprelin 25-də SSRİ Ali Məhkəməsinin Matuleviç, Zaryan və Jdandan ibarət Hərbi Kollegiyası onun haqqında ölüm hökmü çıxarıb.[1]. Güllələnib. 1955-ci il sentyabrın 2-də SovİKP MK-nın qərarı ilə ölümündən sonra bəraət alıb.
Lenin ordeninə və Qırmızı Bayraq ordeninə layiq görülüb.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Сталинский план по уничтожению народа: Подготовка и реализация приказа НКВД № 00447 "Об операции по репрессированию бывших кулаков, уголовников и других антисоветских элементов" // Архив Александра Н. Яковлева". 13 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2019.
- 20 martda doğulanlar
- 1897-ci ildə doğulanlar
- Odessada doğulanlar
- 25 apreldə vəfat edənlər
- 1938-ci ildə vəfat edənlər
- 41 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Kommunarka poliqonunda güllələnən və dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Qırmızı bayraq" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Özbəkistan SSR rəhbərləri
- Rusiyada vətəndaş müharibəsi iştirakçıları
- Birinci Dünya müharibəsi iştirakçıları
- Rusiya inqilabçıları
- Edam olunmuş ukraynalılar
- Birinci Dünya müharibəsində Rusiya hərbçiləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri
- ÜİK(b)P-nin XVII qurultayının nümayəndələri
- RK(b)P-nin XII qurultayının nümayəndələri
- Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər
- Sov.İKP-nin Mərkəzi Təftiş Komissiyasının üzvləri
- Birinci Dünya müharibəsində iştirak edən Ukrayna şəxsləri
- RK(b)P-nin XIII konfransının nümayəndələri
- Köhnə bolşeviklər
- Edam olunmuş siyasətçilər
- Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)
- SSRİ-də ölümündən sonra bəraət alanlar