Məzmuna keç

I Juan

Vikipediya, azad ensiklopediya
I Juan
port. João I de Portugal
6 aprel 1385 – 14 avqust 1433
ƏvvəlkiI Ferdinand və ya İnfanta Beatrisa
SonrakıI Duarte
Şəxsi məlumatlar
Doğum tarixi 11 aprel 1357(1357-04-11)[1]
Doğum yeri
Vəfat tarixi 14 avqust 1433(1433-08-14)[2][3][…] (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası I Pedro
Həyat yoldaşları
Uşaqları
Ailəsi Avis sülaləsi

Təltifləri "Corab bağı" ordeninin cəngavər dərəcəsi — 1408
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Juan (port. João I de Portugal; 11 aprel 1357[1], Lissabon[1] – 14 avqust 1433[2][3][…], Lissabon[1]) — X Portuqaliya kralı və Avis sülaləsinin banisi. 1383-1385-ci illər taxt böhranı dövründə taxta çıxaraq ölkəni Kastiliya təhlükəsindən qorudu. Onun dövründə Portuqaliya siyasi sabitlik qazandı, İngiltərə ilə ittifaq möhkəmləndi və dəniz kəşflərinə zəmin hazırlandı.

Juan 1357-ci ildə Lissabonda dünyaya gəldi. Atası kral I Pedro, anası isə kralın evlənmədiyi məşuqəsi Tereza Laurenko idi. Juan uşaqlıqdan Aviz ordeninin baş ustadı oldu və bu dini-hərbi təşkilatın rəhbəri kimi hərbi və siyasi təcrübə qazandı.

1383-cü ildə kral I Ferdinand geridə oğul varis qoymadan vəfat etdi. Taxtın varisi onun qızı Beatrisa idi, lakin Beatrisa Kastiliya kralı I Xuan ilə evli olduğundan, Portuqaliya xalqı ölkənin Kastiliya ilə birləşdirilməsindən narahat idi.

Bu dövrdə Avisli Juan xalqın və zadəganların dəstəyi ilə Portuqaliya müstəqilliyini müdafiə etmək üçün liderliyə yüksəldi. 6 aprel 1385-ci ildə Koimbradakı Korteslər birliyi tərəfindən qanuni kral elan olundu. Kastiliya ilə toqquşmaların nəticəsində 14 avqust 1385-ci ildə baş verən Aljubarrota döyüşü oldu; burada Juanın ordusu Kastiliya kralını məğlub etdi və onun hakimiyyəti rəsmən möhkəmləndi.

I Juanın kral seçilməsi Portuqaliyanın suverenliyini qorudu və ölkəni Kastiliya işğalından xilas etdi. O, yerli əyanlarla yaxın münasibətlər qurdu və idarəçiliyi sabitləşdirdi. 1386-cı ildə Vindzor müqaviləsi ilə Portuqaliya-İngiltərə ittifaqı quruldu. 1387-ci ildə I Juan, İngiltərə kralı III Eduardın nəvəsi Lankasterli Filippa ilə evləndi. Bu evlilik, siyasi baxımdan əhəmiyyətli idi və uzunmüddətli müttəfiqlik yaratdı. Cütlüyün bu nigahdan 6 övladı dünyaya gəldi.

  • Coleman, Joyce. Philippa of Lancaster, Queen of Portugal--and Patron of the Gower Translations? // Bullón-Fernández, María (redaktor). England and Iberia in the Middle Ages, 12th-15th Century: Cultural, Literary, and Political Exchanges. Palgrave Macmillan. 2007. 135–166.
  • Williamson, D. 1988. Debrett's Kings and Queens of Europe
  • Ana Echevarría Arsuaga: Catalina de Lancaster, edit. Nerea, 2002. ISBN 84-89569-79-7).
  • Goodman, Jennifer R. Chivalry and Exploration, 1298-1630. The Boydell Press. 1998.
  • Ward, A.W.; Prothero, G.W.; Leathes, Stanley, redaktorlar The Cambridge Modern History. XIII. Cambridge at the University Press. 1934.