Portuqaliya krallığı
| Tarixi dövlət | |||||
| Portuqaliya krallığı | |||||
|---|---|---|---|---|---|
| port. Reino de Portugal e dos Algarves | |||||
|
|||||
|
|
|||||
| 25 iyul 1139 — 5 oktyabr 1910 | |||||
| Paytaxt | Qimaraynş, Koimbra, Lissabon, Rio-de-Janeyro, Lissabon | ||||
| Dil | Mirand dili | ||||
| Din | katoliklik, Roma-Katolik kilsəsi | ||||
| Əhalisi |
|
||||
| İdarəetmə forması | mütləq monarxiya, konstitusiyalı monarxiya, mütləq monarxiya, konstitusiyalı monarxiya | ||||
| Kral | |||||
| • 1139-1185 | I Afonso (ilk) | ||||
| • 1908-1910 | II Manuel (son) | ||||
Portuqaliya krallığı (port. Reino de Portugal) — 1139-1910-cu illərdə mövcud olmuş, hazırki Portuqaliya Respublikasının sələfi olan və Pireney yarımadasının qərbində yerləşən monarxiya. 1471-ci ildən sonra Portuqaliya və Alqarve krallığı (port. Reino de Portugal e dos Algarves), 1815-1822-ci illərdə isə Portuqaliya, Braziliya və Alqarve Birləşmiş Krallığı (port. Reino Unido de Portugal, Brasil e Algarves) adını almışdır. Bundan başqa okeanlardakı müstəmləkə torpaqlarıyla birgə Portuqaliya imperiyasını təşkil etmişdir.
Qısa tarixçəsi
[redaktə | vikimətni redaktə et]IX əsrdə Asturiya kralının vassalı kimi yaradılan Portuqaliya qraflığı krallığın əsasını təşkil edir. Ancaq 1071-ci ildə ailənin kişi şəcərəsi sonlandı və qraflıq Qalisiya krallığı tərəfindən ilhaq edildi.
Qraflıq çox keçmədən 1096-cı ildə Kastiliya, Qalisiya və Leon kralı VI Alfonso tərəfindən yenidən təsis edildi və nigahdan kənar qızı Tereza ilə evlənən Burqundiyalı Henriyə hədiyyə edildi. Onların oğlu I Afonso isə xalası oğlu VII Alfonsoya qalib gələrək öz müstəqilliyini elan etdi və beləcə, Portuqaliya krallığının əsası qoyuldu. 1383-1385-ci illərdəki siyasi boşluq dövrünədək Burqoniya sülaləsinin hakimiyyəti altında olan Portuqaliya krallığı daha sonra Avis sülaləsinin idarəsinə keçdi.
XV-XVI əsrlərdə portuqalların mühüm rol oynadığı coğrafi kəşflər dövründə geniş bir müstəmləkə imperiyası quruldu. 1580-1640-cı illərdə imperiya Habsburq monarxiyasının bir parçası oldu. Habsburqların ölkədən qovulmasının ardından hakimiyyət Braqanza sülaləsinin əlinə keçdi. Bu dövrdən etibarən siyasi arenada geridə qalsa da, ən dəyərli müstəmləkəsi olan Braziliya sayəsində iqtisadi gücünü qoruyub saxladı. Braziliyanın müstəqilliyini elan etməsinin ardından Afrika qitəsində genişləməyi hədəfləsə də, 1890 tarixli Britaniya ultimatomuyla bu siyasəti yarıda qaldı. Bütün bunlar isə 5 oktyabr 1910-cu ildə monarxiyanın devrilməsinə və Birinci Portuqaliya Respublikasının elan edilməsinə yol açdı.
1822-ci ilədək idarəetmə forması mütləq monarxiya olsa da, daha sonra konstitusiyalı monarxiya ilə idarə olundu.
Portuqaliya krallarının siyahısı
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Soriano, Simão José da Luz. Historia da Guerra Civil e do estabelecimento do governo parlamentar em Portugal: comprehedendo a historia diplomatica, militar e politica d'este reino desde 1777 até 1834 (portuqal). 9. Lisbon: Imprensa Nacional. 1893.
- Miguel, Jacinto de São. Mosteiro de Belem: Relação da insigne e real casa de Santa Maria de Belem (portuqal). Lisbon: Academia Real das Sciencias de Lisboa. 1901.
- Serrão, Joaquim Veríssimo. História de Portugal: Do Mindelo à Regeneração (1832-1851) (portuqal). Lisbon: Editorial Verbo. 1977.
- Smith, Angel, Mar-Molinero, Clare; Smith, Angel (redaktorlar ), Nationalism and the Nation in the Iberian Peninsula: Competing and Conflicting Identities, Dulles, Virginia: Berg, 1996, ISBN 978-1-85973-175-8
- Hespanha, António Manuel; Cardim, Pedro; Mattoso, José, redaktorlar O Antigo Regime (1620-1807). História de Portugal (portuqal). 4. Lisboa: Ed. Estampa. 1998. ISBN 978-972-33-1311-6.
- Wheeler, Douglas L. Republican Portugal: a political history 1910-1926. Madison: University of Wisconsin Press. 1998. ISBN 978-0-299-07450-0.
- Willner, Mark; Hero, George A.; Weiner, Jerry. Global History Volume One: The Ancient World to the Age of Revolution. Hauppauge, NY: Barron's Educational Series. 2006. ISBN 978-0-7641-5811-7.
- Ferreira, João, Histórias Rocambolescas da História de Portugal [Fantastic Stories of the History of Portugal] (portuqal) (6th), Lisbon, Portugal: A Esfera dos Livros, 2010, ISBN 978-989-626-216-7
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1139-cu ildə yaranmış dövlətlər və ərazilər
- 1910-cu ildə ləğv olunmuş dövlətlər və ərazilər
- Portuqaliya tarixi
- 1139-cu ildə yarananlar
- Portuqaliya orta əsrlərdə
- Avropa tarixi
- Asiyanın tarixi dövlətləri
- Avropanın tarixi dövlətləri
- Afrikanın tarixi dövlətləri
- Krallıqlar
- Tarixi Avropa monarxiyaları
- Tarixi krallıqlar