Məzmuna keç

Ziko

Vikipediya, azad ensiklopediya
Ziko
port. Zico
Ümumi məlumatlar
Doğum tarixi 3 mart 1953(1953-03-03)[1] (73 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 172 sm
Çəkisi 68 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Klub karyerası[* 1]
1971–1983  Flamenqo 212 (123)
1983–1985  Udineze 39 (22)
1985–1989  Flamenqo 37 (12)
Milli yığma[* 2]
1976–1986  Braziliya 71 (48)
Məşqçi karyerası
2002–2006  Yaponiya
2006–2008  Fənərbaxça
2008–2009  Bunyodkor
2009  ÇSKA
2009–2010  Olimpiakos
2011–2012  İraq

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ziko adıyla tanınan Artur Antunes Koimbra (3 mart 1953[1]) — Braziliyalı keçmiş futbolçu. Peledən sonra Braziliyanın yetişdirdiyi ən yaxşı oyunçu sayılır. Futbol tarixinin ən gözəl yarımmüdafiəçilərindən biri olan Ziko, 80-cı illərin ən yaxşı oyunçusu hesab olunur.

1978, 1982 və 1986-cı illərdə keçirilən futbol üzrə dünya çempionatlarının final oyunlarında Braziliya yığma komandasının heyətində çıxış edib. 88 dəfə Braziliya forması geyən Ziko 66 qola imza atıb, 1983-cü ildə "İlin futbolçusu" seçilib. 1982-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya komandasının heyətində bombardir olub.

Məşqçilik karyerasına əvvəllər oynadığı Kashima Antlers komandasında texniki menecer və koordinator (1995, 1996-2002) olaraq başlayan Ziko 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya yığma komandasına məşqçilik edib. 2006-cı ildə Braziliya yığmasının təşkilat komitəsinin rəhbəri (2000), 2002–2006-cı illərdə isə Yaponiya yığmasının məşqçisi olub.

Futbol oynadığı dövrdə "Ağ Pele" ləqəbi alan Ziko, 2006-cı il iyul ayının 4-də Türkiyə klubu Fənərbaxçanın məşqçisi postuna gətirilib.

İştirak statistikası

[redaktə | vikimətni redaktə et]
Oyunçu karyerası
Komanda Oyun Qol
Pre-Olimpik Milli Komandası 8 1
Braziliya Milli Komandası 88 66
Flamenqo: Gənclər komandası 53 44
Flamenqo: 18 yaşdan aşağı komandası 63 37
Flamengo: Əsas komanda 731 508
Udineze 79 56
Sumitomo 31 27
  1. 1 2 3 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 18 oktyabr 2026).