Məzmuna keç

Vikipediya:Həftənin yaxşı məqaləsi/noyabr 2026

Vikipediya, azad ensiklopediya

Həftənin yaxşı məqaləsi arxivi

2027: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2026: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2015: Yanvar –Fevral –Mart –Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 12 noyabr 2026, Cümə axşamı (2026 ilinin 46. həftəsi); bu an saat 04:16 (UTC)
(yenilə)
Keşi təmizlə

45. Həftə
The Walking Dead: A New Frontier — 2016-cı ildə "Telltale Games" tərəfindən istehsal olunmuş, eyniadlı komiks seriyasına əsaslanan epizodik qrafik macəra videooyunu. Bu oyun "The Walking Dead: Season Two" layihəsinin davamı olmaqla, "The Walking Dead" videooyun seriyasının üçüncü hissəsidir. Oyunun ilk iki epizodu 20-ci dekabr 2016-cı il tarixində yayımlanmış, pərakəndə satış üçün nəzərdə tutulan "mövsüm bileti" disk nəşri isə 7-ci fevral 2017-ci il tarixində işıq üzü görmüşdür. Oyun əvvəlki mövsümlərlə eyni narrativ struktura malikdir. Oyunçunun bir epizodda etdiyi seçimlər gələcək hekayə elementlərinə qalıcı təsir göstərmişdir. İlk iki mövsümdən və əlavə "400 Days" epizodundan yaddaş fayllarında qeydə alınan seçimlər üçüncü mövsümə ötürülmüşdür.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


46. Həftə
Rza Nur — Osmanlı imperiyasının son dövründə və Türkiyə Cümhuriyyətinin ilk illərində fəaliyyət göstərmiş siyasətçi, həkim və yazıçı. O, həm İkinci Məşrutiyyət dövründə Osmanlı Məclisi-Məbusanının üzvü, həm də Türkiyə Böyük Millət Məclisinin I və II çağırışlarında Sinop millət vəkili olmuş, eyni zamanda bir sıra hökumətlərdə nazir vəzifələrini icra etmişdir. Rza Nur siyasi fəaliyyəti ilə yanaşı, tibb sahəsində və Türkiyə tarixçiliyində də tanınmış simalardan biri hesab olunur.

Tibbi təhsilini Hərbi Tibb Məktəbində alan Rza Nur erkən yaşlarından elmi və peşəkar fəaliyyəti ilə seçilmiş, cərrahiyyə sahəsində professor rütbəsinə yüksəlmişdir. O, Osmanlı ordusunda Albaniya əməliyyatı və Birinci Balkan müharibəsi dövründə həkim kimi xidmət göstərmiş, elmi sünnət mövzusunda yazdığı əsərlə Türkiyədə bu sahənin öncüllərindən biri kimi tanınmışdır. (Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


47. Həftə
Boqdan Stupka — SSRİ və Ukrayna teatr və kino aktyoru. O, Ukrayna Qəhrəmanı (2011), SSRİ xalq artisti (1991), Ukrayna SSR xalq artisti (1980) və Krım Muxtar Respublikasının əməkdar incəsənət xadimi (2001) fəxri adlarına layiq görülmüşdür. Həmçinin SSRİ Dövlət mükafatı (1980), T. Q. Şevçenko adına Ukrayna Dövlət mükafatı (1993) və A. Dovjenko adına Ukrayna Dövlət mükafatı (2012 — ölümündən sonra) laureatı olmuşdur. Boqdan Stupka 1999–2001-ci illərdə Ukraynanın mədəniyyət və incəsənət naziri vəzifəsini icra etmişdir.

Boqdan Stupka 27 avqust 1941-ci il tarixində Ukrayna SSR-in Lvov vilayətinin (hazırda Lvov rayonu) Kulikov qəsəbəsində anadan olmuşdur. 1948-ci ildə ailəsi ilə birlikdə Lvov şəhərinə köçmüşdür. Politexnik institutuna qəbul ola bilmədiyi üçün bir müddət çilingər şagirdi kimi çalışmış, daha sonra astronomiya laboratoriyasında fotoqraf (dəyişən ulduzlar üzrə laborant-hesablayıcı) vəzifəsində fəaliyyət göstərmişdir. (Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


48. Həftə
Qafqaz və tarixi Azərbaycan ərazisində monqol–türk əlaqələri — monqolların XIII əsrdə Qafqaz və tarixi Azərbaycanı işğal etməsi ilə başlayan əlaqə. Elxanilər dövründə türk və monqol tayfalarının bölgəyə köçü Azərbaycan xalqının formalaşmasında vacib rol oynamışdır. Vaxt keçdikcə, bölgəyə köçmüş monqollar İslam dinini qəbul etmiş və türkləşmişdir. Bu dövrdə Azərbaycan dili İbn Mühənna lüğətində "Bizim ölkəmizin türk dili" olaraq adlandırılmış, bu dildə yazılı ədəbi nümunələr yaradılmışdır. Cəlairilər sultanlığı dövründə yazılmış əsərlər Azərbaycan dilinin ədəbi dil kimi istifadəsini, türk dilinin musiqi məclislərindəki rolunu göstərir.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə


49. Həftə
Vladimir Vakulenko — Ukrayna ictimai xadimi, nasiri, şairi və tərcüməçisi. On üç kitabın müəllifi olan Vakulenko müxtəlif ədəbi mükafatlara layiq görülmüşdür. O, 2025-ci ildə ölümündən sonra Ukrayna Qəhrəmanı fəxri adı ilə təltif edilmişdir.

2010-cu ildən etibarən "Vikipediya"nın redaktoru kimi fəaliyyət göstərmişdir. 2022-ci ildə doğma kəndi Kapitolovkanın Rusiya qoşunları tərəfindən işğalı zamanı qətlə yetirilmişdir. Onun cənazəsi İzyum yaxınlığındakı kütləvi məzarlıqların birində aşkar edilmiş, daha sonra Xarkov şəhərində dəfn olunmuşdur.

Vladimir Vakulenko 1 iyul 1972-ci ildə Xarkov vilayətinin İzyum rayonunun Kapitolovka kəndində anadan olmuşdur. O, 1979–1987-ci illərdə Kapitolovka orta məktəbində, 1987–1989-cu illərdə isə Krasnooskol ümumtəhsil məktəbində təhsil almışdır. 1989–1990-cı illərdə İzyum şəhərindəki 24 nömrəli Texniki Peşə Məktəbində aşpaz-qənnatçı ixtisası üzrə təhsilini davam etdirmişdir.

(Davamı...)


bax – müzakirə et – redaktə et – tarixçə