Məzmuna keç

Susan Voycicki

Vikipediya, azad ensiklopediya
Susan Voycicki
ing. Susan Wojcicki
Doğum tarixi 5 iyul 1968(1968-07-05)[1]
Doğum yeri
Vəfat tarixi 9 avqust 2024(2024-08-09)[2][3] (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Uşağı 5 (Marco Troper daxil olmaqla)
Təhsili
Fəaliyyəti biznes ledi, menecer
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Susan Dayan Voycicki[a] (ing. Susan Diane Wojcicki; 5 iyul 1968[1], Santa-Klara, Kaliforniya9 avqust 2024[2][3], Palo-Alto, Kaliforniya) — 2014–2023-cü illərdə YouTube-un baş icraçı direktoru (CEO) olmuş amerikalı biznesmen. Onun sərvəti 2022-ci ildə 765 milyon dollar olaraq qiymətləndirilib.[4]

Voycicki iyirmi ildən çox texnologiya sənayesində çalışıb.[5][6] O, 1998-ci ildə qarajını şirkətin təsisçilərinə ofis kimi icarəyə verərək Google-un yaradılmasında iştirak edib. 1999-cu ildə Google-un ilk marketinq meneceri kimi çalışıb və daha sonra şirkətin onlayn reklam biznesinə və orijinal video xidmətinə rəhbərlik edib. YouTube-un uğurunu müşahidə etdikdən sonra o, Google-un onu almasını təklif edib və 2006-cı ildə müqavilə 1,65 milyard dollara təsdiq edilib. O, 2014-cü ildə YouTube-un baş icraçı direktoru təyin edilib və 2023-cü ilin fevralında istefaya gedənə qədər bu vəzifəni icra edib.[7][8]

Erkən həyatı

[redaktə | vikimətni redaktə et]

Susan Dayan Voycicki 5 iyul 1968-ci ildə Santa-Klara qraflığında anadan olub.[9] Anası amerikalı jurnalist Ester Voycicki, atası Stenford Universitetinin polşalı fizika professoru Stenli Voycickidir.[10] Ana tərəfdən olan nənə və babası rus yəhudi mühacirləri idi.[11] Ata nənəsi Yanina Voycicka Hoskins, Konqres Kitabxanasında kitabxanaçı idi və ABŞ-də Polşa ilə əlaqəli materialların ən böyük kolleksiyasının yaradılmasına cavabdeh idi.[12] Susanın iki bacısı var: antropologiya və epidemiologiya elmləri doktoru Canet[13]23andMe şirkətinin həmtəsisçisi və baş direktoru olan Enn.[14][15]

Voyçiçkinin uşaqlığı Stenford kampusunda keçib. Riyaziyyatçı alim Corc Dantziq onun qonşusu olub.[16] Kaliforniyanın Palo-Alto şəhərində Gunn High Liseyində oxuyub və məktəb qəzetində yazılar yazıb.[17] Onun ilk biznesi on bir yaşında qapı-qapı gəzərək ip satmaq olub.[18] Kollecdə humanitar fənlər üzrə ixtisaslaşıb və ilk kompüter elmləri dərsini yuxarı kursda oxuyarkən alıb. Harvard Universitetində tarix və ədəbiyyat üzrə təhsil alıb və 1990-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. O, əvvəlcə iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi almaq və akademiyada karyera qurmağı planlaşdırırdı, lakin texnologiyaya olan marağına görə planlarını dəyişib.[16] O, həmçinin 1993-cü ildə Kaliforniya Universitetində, Santa Cruz-da iqtisadiyyat üzrə magistr dərəcəsini və 1998-ci ildə UCLA Anderson İdarəetmə Məktəbində magistr dərəcəsini qazanıb.[19]

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

Voycicki 23 avqust 1998-ci ildə Kaliforniyanın Belmont şəhərində "Google"-un məhsul idarəçiliyi direktoru Dennis Troper ilə evlənib. Onların beş övladı var idi. Bacısı Anna Sergey Brin ilə evli olub.

9 avqust 2024-cü ildə Voycicki iki il əvvəl tutulduğu ağciyər xərçəngi səbəbiylə 56 yaşında vəfat edib.[20][21]

  1. və ya Voyçiçki
  1. 1 2 Robert Lewis. Susan Wojcicki (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 Manuel Alejandro De la Torre. La exdirectora ejecutiva de YouTube, Susan Wojcicki, falleció a los 56 años (isp.). oficinista.mx. 10 avqust 2024. (İstifadə tarixi: 12 avqust 2024).
  3. 1 2 Frances Vinall, Victoria Bisset, Brian Murphy. Susan Wojcicki, former YouTube chief and Silicon Valley power, dies at 56 (ing.). The Washington Post. 10 avqust 2024. ISSN 0190-8286. (İstifadə tarixi: 12 avqust 2024).
  4. "#34 Susan Wojcicki". Forbes (ingilis). 23 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2022.
  5. "YouTube's Susan Wojcicki: 'Where's the line of free speech – are you removing voices that should be heard?'". the Guardian (ingilis). 10 avqust 2019. 19 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2021.
  6. Connley, Courtney. "YouTube CEO Susan Wojcicki: Here's what to say when men are talking over you at a meeting". CNBC (ingilis). 20 avqust 2019. 9 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2021.
  7. Elias, Jennifer. "YouTube CEO Susan Wojcicki says she's stepping down". CNBC. 16 fevral 2023. 20 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2023.
  8. "YouTube CEO Wojcicki, one of the first Google employees, steps down". Reuters. 16 fevral 2023. 16 fevral 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2023.
  9. "California Births, 1905 - 1995". Familytreelegends.com. 4 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2014.
  10. Clifford, Catherine. "How Anne and Susan Wojcicki's parents raised the founder of 23andMe and the CEO of YouTube". CNBC (ingilis). 18 iyun 2018. 3 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 may 2019.
  11. Tramiel, Preeva. "Esther Wojcicki: A Jewish mother of the tech revolution". 19 yanvar 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2017.
  12. Zalewski, Wojciech. "Janina Wójcicka Hoskins (1912–1996): Portrait of an Esteemed Librarian". Slavic & East European Information Resources. 12 (4). 1 oktyabr 2011: 224–236. doi:10.1080/15228886.2011.623117. ISSN 1522-8886.
  13. Sellers, Patricia. "Before Google, the Wojcicki girls learned from Mom". Fortune.com. 7 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2014.
  14. I raised 2 successful CEOs and a doctor—here’s one of the biggest mistakes I see parents making Arxiv surəti 5 sentyabr 2019 tarixindən Wayback Machine saytında Arxivləşdirilib sentyabr 5, 2019, at the Wayback Machine, Esther Wojcicki, Published Wed, may 8, 2019, cnbc.com.
  15. Clifford, Catherine. "How Anne and Susan Wojcicki's parents raised the founder of 23andMe and the CEO of YouTube". CNBC (ingilis). 18 iyun 2018. 3 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2019.
  16. 1 2 Laporte, Nicole. "The Woman Behind the Superlatives: Three Things You Need to Know About Susan Wojcicki". The Fast Company. 6 avqust 2014. 18 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2014.
  17. Sellers, Patricia. "Before Google, the Wojcicki girls learned from Mom". Fortune Magazine. 1 fevral 2012. 7 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2014.
  18. "Susan Wojcicki". Forbes (ingilis). 25 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017.
  19. Swift, Mike. "Susan Wojcicki: The most important Googler you've never heard of". San Jose Mercury News. 7 fevral 2011. 17 avqust 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2014.
  20. Yoon, John; Isaac, Mike. "Susan Wojcicki, Former Chief of YouTube, Dies at 56". The New York Times. 10 avqust 2024. 10 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2024.
  21. Spangler, Todd. "Susan Wojcicki, Former YouTube CEO and Influential Google Exec, Dies at 56". Variety. 9 avqust 2024. 10 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 avqust 2024.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]