Məzmuna keç

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası

Vikipediya, azad ensiklopediya
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası
İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – qayıdış konsepsiyası
1962-ci ildə Ermənistan SSR-də azərbaycanlılar
1962-ci ildə Ermənistan SSR-də azərbaycanlılar
Ölkə Azərbaycan
İmzalanıb 26 yanvar 2023-cü il
Vikimənbənin loqosu Elektron versiya Vikimənbədə

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası – Ermənistan azərbaycanlılarının dədə-baba torpaqlarına qayıtması üçün irəli sürülən konsepsiya.

26 yanvar 2023-cü ildə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası Qərbi Azərbaycan icması tərəfindən qəbul edilmişdir. İcmanın Müşahidə Şurası konsepsiyanı müzakirə etmiş və daha sonra qəbul etmişdir.[1]

Konsepsiyaya qərbi azərbaycanlılarının öz torpaqlarına qayıtmaq hüququ, bu prosesin beynəlxalq hüquqla həyata keçirilməsi, qayıdılacaq ərazilərdə beynəlxalq sülh missiyasının fəaliyyətinin təmin edilməsi, qayıdanların əvvəlki məskunlaşmaq coğrafiyasının təmin edilməsi daxildir. Sənədə görə, qayıdacaq azərbaycanlıların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsi təmin edilməlidir. Konsepsiyaya görə, qərbi azərbaycanlıların evləri və icma torpaqları onlara qaytarılmalıdır. Azərbaycanlıların mədəni irsi bərpa edilməli, yer adları dəyişiklikləri ləğv edilməli və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verilməməlidir. Qərbi Azərbaycan icması qayıdışdan sonra da legitim tərəf olaraq bütün proseslərdə iştirak etməlidir.[2]

Şərqi Anadoluda yaşayan azərbaycanlıların mənşəcə bir hissəsinin Ermənistandan olması, Ermənistan azərbaycanlılarının qayıdış konsepsiyasının qəbulu ilə bağlı olaraq, Azərbaycan hökuməti Şərqi Anadoluda yaşayan azərbaycanlılara diqqətini artırmışdır.[3]

Konsepsiyanı yerinə yetirən qurumlar

[redaktə | vikimətni redaktə et]

Qərbi azərbaycanlıların Ermənistana qayıdışının dəstəklənməsi

[redaktə | vikimətni redaktə et]
  • Azərbaycan Azərbaycan. Azərbaycan Prezidenti İlham Əliyev qərbi azərbaycanlıların Ermənistana qayıdışını bölgədə sülh prosesi üçün vacib hesab etmişdir.[6]
  • Türkdilli Dövlətlərin Parlament Assambleyası. Təşkilatın 12 iyun 2025-ci ildə Astanada keçirilən görüşündə qərbi azərbaycanlıların qayıdışı dəstəklənmişdir.[7]
  • Asiya Parlament Assambleyası. Təşkilat qərbi azərbaycanlıların Ermənistana qayıdışını 2025-ci ilin fevralında dəstəkləmişdir.[8]
  • İslam Əməkdaşlıq Təşkilatı. Təşkilatın Nazirlər Şurasının 51-ci sessiyası qərbi azərbaycanlıların Ermənistana qayıdışını "Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnamə ilə dəstəkləmişdir.[9] Təşkilatın eyni görüşdə qəbul etdiyi İstanbul Bəyannaməsində də Ermənistandan çıxarılmış azərbaycanlıların qayıdış hüququ təsdiqlənmişdir.[10]
  • İqtisadi Əməkdaşlıq Təşkilatı. 3–4 iyul 2025-ci ildə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşü keçirilmiş, nəticə olaraq imzalanan Xankəndi Kommunikesi sənədində Ermənistandan çıxarılmış azərbaycanlıların qayıdış hüququ təsdiqlənmişdir.[11]
  • İlk dəfə Qərbi azərbaycanlıların qayıdış hüququ SCOPUS və Web of Science-da indekslənən beynəlxalq elmi jurnalda dərc olunub.[12]
  1. ↑ "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi YENİLƏNİB". İstifadə tarixi: 14 noyabr 2025.
  2. ↑ "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas məqamları açıqlandı VİDEO". İstifadə tarixi: 14 noyabr 2025.
  3. ↑ "Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin Forumu keçiriləcək". 23 yanvar 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2025.
  4. ↑ "Əziz Ələkbərli: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası addım-addım həyata keçirilməkdədir". İstifadə tarixi: 14 noyabr 2025.
  5. ↑ "İrəvan qazısı: Qərbi Azərbaycanda dini ibadət ocaqlarının və dini müəssisələrin fəaliyyəti ilə bağlı addımlar atılacaq". İstifadə tarixi: 14 noyabr 2025.
  6. ↑ "President: Ensuring return of Western Azerbaijanis to their ancestral lands in Armenia essential for regional peace". İstifadə tarixi: 12 iyun 2025.
  7. ↑ "TURKPA once again supports return to Western Azerbaijan". 16 iyul 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2025.
  8. ↑ "Asian Parliamentary Assembly supports return of Azerbaijanis expelled from Armenia to their homeland". İstifadə tarixi: 12 iyun 2025.
  9. ↑ "Western Azerbaijan Community Expresses Gratitude to OIC Member States for Clear Support on Right of Return". 18 iyul 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2025.
  10. ↑ "İstanbulda Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı ilə bağlı qətnamə QƏBUL EDİLDİ". İstifadə tarixi: 5 iyul 2025.
  11. ↑ "ECO's Khankendi Communiqué reaffirms right of Western Azerbaijanis to return to their native lands". 18 iyul 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2025.
  12. ↑ "İlk dəfə: Qərbi azərbaycanlıların qayıdış hüququ dünya elminin gündəminə çıxarıldı! – BDU alimlərindən mühüm araşdırma". 19 avqust 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2026.