Məzmuna keç

Murad Arif

Vikipediya, azad ensiklopediya
Murad Arif
Ümumi məlumatlar
Doğum adı Murad Şükür Arif oğlu
Ləqəbi HITMAKER
Doğum tarixi 27 sentyabr 1981(1981-09-27) (45 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, jurnalist, müğənni, musiqi prodüseri
Fəaliyyət illəri 2002-ci ildən
Janrlar pop, dans-pop, RnB, caz, folklor, milli estrada
Səs tembri tenor

Murad Arif oğlu Şükür (27 sentyabr 1981, Sumqayıt) — müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist. Bir sıra məşhur mahnıların müəllifi kimi Azərbaycan mətbuatında "Hitmeyker" adı ilə təqdim edilmişdir.[1][2][3] Murad Arif dəfələrlə ölkənin ən böyük konsert zallarında solo-konsertlər vermiş, beynəlxalq televiziya layihələri olan "The Voice" və "Masked Singer"-də münsif və kouç kimi iştirak etmişdir.

Murad Arif 27 sentyabr 1981-ci ildə Sumqayıt şəhərində incəsənət xadimi Arif Şükürovun (1936–2019) və bioloq Sənubər Şükürovanın (d. 1949) ailəsində anadan olmuşdur. Ata tərəfdən əsli Füzuli, ana tərəfdən isə Şuşadandır. Ailədə özündən başqa iki bacısı var. O, tanınmış televiziya aparıcısı Könül Arifqızının qardaşıdır.

Murad Arif Sumqayıt şəhərində 15 nömrəli və 28 nömrəli məktəblərdə, həmçinin "İstedad" liseyində təhsil almışdır. Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunudur. 2011-ci ildə ailə həyatı qurmuşdur. 2012-ci ildə oğlu Mikayıl,[4] 2015-ci ildə isə qızı Ayla doğulmuşdur.[5]

Televiziya karyerası

[redaktə | vikimətni redaktə et]

Ali təhsilini başa vurduqdan sonra Murad Arif iqtisadiyyat sahəsində fəaliyyətini davam etdirməmişdir. 2002-ci ildə Radio Space 104 FM-də efir operatoru kimi çalışmışdır. Daha sonra 104 FM, Lider Jazz FM, İctimai radio və Day. Az radiosunda DJ kimi fəaliyyət göstərmişdir.

Murad Arif həmkarı Leyla Quliyeva ilə birlikdə Avroviziya 2006 mahnı müsabiqəsinin Azərbaycandakı ilk şərhçilərindən biri olmuşdur. Televiziyada ilk aparıcılıq etdiyi veriliş isə 2006-cı ildə İctimai Televiziya efirində yayımlanan və Hüsniyə Məhərrəmova ilə birgə təqdim etdiyi "Qaraj" verilişi olmuşdur. 2007-ci ildə Murad Dadaşovun "Maşın şou" layihəsində iştirak etmiş və qalib olaraq avtomobil qazanmışdır.

Bundan başqa, o, Lider TV-də "Yeni Səhər", "Solo" və ATV kanalında "Gün keçir" verilişlərinin aparıcısı olmuşdur. 2008-ci ildə İsveçrənin Montrö şəhərində keçirilən "Montreux Jazz Festival" üçün silsilə proqramlar hazırlamışdır. 2010-cu ildə Futbol üzrə Dünya Çempionatının açılış mərasimini, həmçinin "5 Звезд" beynəlxalq musiqi müsabiqəsini şərh etmişdir. "Böyük səhnə" müsabiqəsində münsif kimi iştirak etmiş, Avroviziya 2014 milli seçimində Dilarə Kazımovanın seçilməsində təşəbbüs göstərmişdir.

2018-ci ildə Lider TV-dən ayrılaraq müəllif layihəsi olan "Popumuz Var!" verilişini təqdim etmişdir. Layihə internet üzərindən yayımlanan musiqi və şou-biznes yönümlü müsahibə formatı kimi tamaşaçıların marağına səbəb olmuşdur.[6]

Murad Arif Avroviziya mütəxəssisi olaraq 2019, 2020, 2021 və 2022-ci illərdə Avroviziya Mahnı Müsabiqəsində şərhçi kimi iştirak etmişdir.

2020-ci ildə Zülfiyyə Xanbabayeva və Çingiz Mustafayevlə birgə "The Voice Kids" ("Səs Uşaqlar") beynəlxalq televiziya müsabiqəsində "Ustad" seçilmişdir.[7][8]

2021-ci ildə Brilyant Dadaşova, Tünzalə Ağayeva və Eldar Qasımovla birgə "The Voice" (Səs Azərbaycan) beynəlxalq televiziya müsabiqəsində "Ustad" seçilmişdir.[9]

2023-cü ildə Faiq Ağayev, Nigar Camal, Kamilə Babayeva və Coşqun Rəhimovla birgə "Masked Singer" (Maska) layihəsində "Detektiv" təyin olunmuşdur.[10]

2025-ci ildə Zülfiyyə Xanbabayeva, Röya və Eldar Qasımovla birgə "The Voice" (Səs Azərbaycan) beynəlxalq televiziya müsabiqəsində yenidən "Ustad" seçilmişdir.[11]

2026-cı ildə Faiq Ağayev, Nigar Camal, Kamilə Babayeva və Coşqun Rəhimovla birgə "Masked Singer" (Maska) layihəsində yenidən "Detektiv" təyin olunmuşdur.[12]

Musiqi karyerası

[redaktə | vikimətni redaktə et]

Murad Arif uzun müddət Ayaz Qasımov, Xəyyam Nisanov, Yaşar Cəlilov və Elton Hüseynəliyevin musiqi prodüseri olmuşdur. 2008-ci ildən mahnı müəllifi kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin il əməkdaşlıq etdiyi Ayaz Qasımova "Almalarınla" mahnısını təqdim etmişdir. Mahnı efirlərdə yayımlandıqdan sonra ölkədə populyarlıq qazanmışdır. Bu uğurdan sonra Murad Arif Natəvan Həbibi, Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Faiq Ağayev və digər ifaçılarla əməkdaşlıq etmiş, onlar üçün mahnılar yazmışdır.

2009-cu ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə keçirilən "Bakı Gecələri" müsabiqəsində Murad Arifin yazdığı "Sevdiyini söylə" mahnısı qalib olmuşdur. Mahnını Natəvan Həbibi və İntizar ifa etmişdir.

2011-ci ildə Natəvan Həbibi sözləri və musiqisi Murad Arifə məxsus olan "Təyyarələr" mahnısını Dənizli şəhərində keçirilən "Turkcevizyon Muzik Festivali 2011" türkdilli xalqlar festivalında təqdim etmişdir.[13]

Murad Arifin mahnılarına rəsmi icazə əsasında Nil Karaibrahimgil, Ziynət Sali və DJ Suat Ateşdağlı kimi Türkiyə sənətçiləri müraciət etmiş, həmin mahnıları albomlarına daxil etmişlər. Bundan başqa, onun bəzi mahnıları qeyri-rəsmi (icazəsiz) şəkildə Qazaxıstan, Özbəkistan və Rusiya ifaçıları tərəfindən istifadə olunmuşdur.

2014-cü ildə Murad Arif öz mahnılarını ifa edərək solo karyeraya başlamışdır. Onun "Həyat yoldaşımsan", "İnşallah" və "Saçların" adlı ilk mahnıları diqqət cəlb etmişdir. 2018-ci ildə yayımlanan "Oppalara" mahnısı Murad Arifin ən uğurlu ifalardan biri olmuşdur.

5 dekabr 2019-cu ildə Murad Arif "Elektra Hall" klubunda "Tufan" adlı solo konsert vermişdir.[14] 19 may 2023-cü ildə Heydər Əliyev Sarayında "SOLO" adlı ilk böyük solo konserti keçirilmişdir. 23 may 2024-cü ildə Heydər Əliyev Sarayında "HITMAKER" adlı ikinci, 30 sentyabr 2025-ci ildə isə "3:0" adlı üçüncü solo konsertini vermişdir.

Yazdığı mahnılar

[redaktə | vikimətni redaktə et]
İl İfaçı Mahnı
2008Ayaz Qasımov"Almalarınla"
2008Xəyyam Nisanov"İstanbul"
2008Elnarə Xəlilova"Ay qız oyan"
2009Natavan Həbibi və İntizar"Sevdiyini söylə"
2009Aygün Kazımova"Şou № 1"
2009Xəyyam Nisanov"İstidir"
2009Ayaz Qasımov"Şokolad"
2009Aygün Rəhimova"Məni dəli kimi sevən adam"
2009Faiq Ağayev"Bal kimi"
2010Tünzalə Ağayeva və Xəyyam Nisanov"Ürəyimsən"
2010Xəyyam Nisanov"Boom"
2010Natavan Həbibi"Təyyarələr"
2011Natavan Həbibi"Stop"
2011Zamiq Hüseynov"O mənə inanır"
2011Nadir Qafarzadə"Rakkada-çıkkada"
2012Natavan Həbibi"Damlalar"
2012Rəşad İlyasov"Adrenalin"
2012Roza Zərgərli"Atəş"
2012Xəyyam Nisanov"Bakı-Moskva"
2012Nil Karaibrahimgil"Ay kız uyan"
2012Faiq Ağayev"Riyaziyyat"
2012Ziynət Sali"İstanbul"
2013Natavan Həbibi"Sən məni başa düşmürsən niyə"
2013Fəqan Səfərov"Xəstə"
2013Ayaz Qasımov"Mən səni öldürdüm"
2014Zamiq Hüseynov"Yeganə"
2014Nura Suri"Brilliantlar"
2014İlhamə Qasımova"Seni seviyorum"
2014Röya Ayxan"Ona nə varki"
2014Murad Arif"Həyat yoldaşımsan"
2014Zülfiyyə Xanbabayeva və Abbas Bağırov"Xoşbəxt olun"
2015Röya Ayxan və Xəyyam Nisanov"Sənə ehtiyacım var"
2015Roza Zərgərli"Şirin çay"
2016Fuad Dadaşov"Şəkillər"
2016Enbe Orkestrası, Ziynət Sali və Xəyyam Nisanov"İstanbul"
2016Abbas Bağırov"Safiyə"
2016Murad Arif"Sevgililər"
2016Murad Arif"Dondurma"
2016Manana Caparidze və Murad Arif"Yaşasın sevənlər"
2017Aygün Məmmədli"İkimiz"
2017Natavan Həbibi"Sənə"
2017Murad Arif"Saçların"
2017Murad Arif"Partlat!"
2018Murad Arif və Dilarə Kazımova"Yalnız səni gözlədim"
2018Murad Arif"Qızım"
2018Murad Arif və Ramil Nabran"Oppalara"
2019Murad Arif və Günel Zeynalova"Tufan"
2020Murad Arif"Oğlum"
2020Murad Arif və Ramil Nabran"Qadan alaram"
2020Murad Arif və Elşad Xose"Get iş tap işlə"
2020Murad Arif"Şəkillər"
2020Murad Arif"Qələbə"
2021Murad Arif və Okaber"Yaşamalı"
2021Murad Arif"Bakı göz yaşlarına inanmır"
2021Murad Arif"İçin-için"
2022Murad Arif və Brilyant Dadaşova"Təşəkkür"
2022Murad Arif və Ramil Nabran"YAŞA!"
2022Murad Arif"Hər şeyim"
2022Murad Arif"İstanbul"
2023Murad Arif"Brilyantlar (oriental version)"
2023Murad Arif və Aygün Kazımova"Çalxala"
2023Röya"Şükür edirəm"
2023Murad Arif və Payam Türk"Şuşam"
2024Murad Arif və Sevda Ələkbərzadə"Superstar"
2024Murad Arif və Jay Aliyev"O qızın adı nədir"
2025Murad Arif və Röya"Bumeranq"
2025Murad Arif və Röya"Ona nə var ki?"
2025Murad Arif"Brilyantlar (Remix)"
2026Röya"Ayrılan adamlar"
2026Murad Arif və Brilyant Dadaşova"Cin atı"
2026Murad Arif və Orxan Zeynallı"Üzr"
2026Murad Arif"HOQQA"
2026Murad Arif"Səni unuda bilmirəm"
  1. ↑ "Arxivlənmiş surət". 2 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
  2. ↑ "Arxivlənmiş surət". 22 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
  3. ↑ "Arxivlənmiş surət". 3 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
  4. ↑ "Arxivlənmiş surət". 17 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
  5. ↑ "Arxivlənmiş surət". 26 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
  6. ↑ "Murad 10 il çalışdığı "Lider"dən getdi: "Detalları açıqlamayacağam..."". news24.az. 25 sentyabr 2018. 26 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2026.
  7. ↑ "Arxivlənmiş surət". 3 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
  8. ↑ "Arxivlənmiş surət". 17 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
  9. ↑ "Brilliant, Tünzalə, Eldar və Murad Arif - "The Voice" - "Səs Azərbaycan"in münsiflər heyətində". milli.az. 23 sentyabr 2021. 26 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2026.
  10. ↑ ""Maska" şousunun meneceri: "Bizim "detektivlər" bəzən dəhlizdə də nəsə öyrənməyə cəhd edirlər"". oxu.az. 29 dekabr 2023. 26 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2026.
  11. ↑ ""Səs Azərbaycan" yeni mövsümdə fərqli münsiflərlə EKRANLARA QAYIDIR". bizim.media. 12 oktyabr 2024. 26 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2026.
  12. ↑ "Maska"da bu gün bu obrazlar var idi". demokrat.az. 5 aprel 2026. 26 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2026.
  13. ↑ "Arxivlənmiş surət". 3 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.
  14. ↑ "Murad Arif Azərbaycan könüllülərinə konsert verdi - FOTO". 20 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2020.