Məzmuna keç

Klifford Girts

Vikipediya, azad ensiklopediya
Klifford Girts
ing. Clifford James Geertz
Doğum tarixi 23 avqust 1926(1926-08-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 oktyabr 2006(2006-10-30)[1][2][…] (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Prinston qəbiristanlığı[d]
Elm sahələri antropologiya, Mədəni antropologiya, sosial antropologiya
İş yerləri
Təhsili
Elmi rəhbəri Talkott Parsons
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klifford Ceyms Girts (ing. Clifford James Geertz /ɡɜːrts/; 23 avqust 1926[1][2][…], San-Fransisko, Kaliforniya[3] – 30 oktyabr 2006[1][2][…], Filadelfiya, Pensilvaniya) — əsasən simvolik antropologiya təcrübəsinə güclü dəstəyi və təsiri ilə xatırlanan və "otuz onillik ərzində... ABŞ-nin ən nüfuzlu mədəni antropoloqu" hesab edilən amerikalı antropoloq.[4] O, ölümünə qədər Prinstondakı Qabaqcıl Tədqiqatlar İnstitutunda fəxri professor vəzifəsində çalışmışdır.

Həyatı və karyerası

[redaktə | vikimətni redaktə et]

23 avqust 1926-cı ildə San-Fransiskoda anadan olan Girts, 1943-1945-ci illərdə İkinci Dünya müharibəsində ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmişdir. O, 1950-ci ildə Ohayo ştatının Yellou Sprinqs şəhərindəki Antiox Kollecində fəlsəfə üzrə bakalavr dərəcəsi və 1956-cı ildə Harvard Universitetində antropologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.[5]

Harvard Universitetində Tolkott Parsonsun rəhbərlik etdiyi fənlərarası proqramla Sosial Münasibətlər Bölməsində təhsil almışdır. Girts, həmçinin Parsons və Klayd Klakhon ilə birlikdə çalışmış və antropoloq kimi təhsil almışdır. Girts ilk uzunmüddətli sahə işini həyat yoldaşı Hildred ilə birlikdə İndoneziyanın Yava şəhərində Ford Fondu və Massaçusets Texnologiya İnstitutu tərəfindən maliyyələşdirilən bir layihə çərçivəsində aparmışdır. Orada o, iki il yarım (1952-1954) ərzində kiçik, dağətəyi Mojokuto şəhərinin dini həyatını öyrənmiş, dəmir yolu işçisinin ailəsi ilə yaşamışdır.[6]:8–9 Dissertasiyasını bitirdikdən sonra Girts İndoneziyaya qayıdaraq Bali və Sumatra adalarını ziyarət etmiş[6]:10 və bundan sonra 1956-cı ildə "Modjokutoda Din: Mürəkkəb Cəmiyyətdə Ritual İnamın Tədqiqi" adlı dissertasiya ilə doktorluq dərəcəsi almışdır.[7]

Karyerası ərzində Girts Harvard, Kembric və Çikaqo Universiteti də daxil olmaqla, təxminən on beş kollec və universitetdən fəxri doktorluq dərəcəsi almışdır; eləcə də Asiya Araşdırmaları Assosiasiyasının (AAS) 1987-ci ildə Asiya Araşdırmalarına Fərqli Töhfələr Mükafatı kimi mükafatlara layiq görülüb.[8] O, Amerika İncəsənət və Elmlər Akademiyasının,[9] Amerika Fəlsəfə Cəmiyyətinin[10] və Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyasının[11] üzvü olub. İlk həyat yoldaşı antropoloq Hildred Geertzdən boşandıqdan sonra başqa bir antropoloq Karen Blu ilə evlənib.[12]

  1. 1 2 3 4 Clifford Geertz (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 3 4 Clifford Geertz (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
  3. 1 2 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 17 oktyabr 2026).
  4. ↑ Shweder, Richard A., and Byron Good, eds. 2005. Clifford Geertz by His Colleagues. Chicago: University of Chicago Press.
  5. ↑ Geertz, Clifford. "Curriculum Vitae Clifford Geertz" (PDF). Johannes Kepler Universität Linz. 20 avqust 2004. 18 may 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 oktyabr 2022.
  6. 1 2 Geertz, Clifford. 2001. Available Light: Anthropological Reflections on Philosophical Topics. Princeton: Princeton University Press.
  7. ↑ Geertz, Clifford. Religion in Modjokuto: A Study of Ritual and Belief in a Complex Society. Boston: Harvard University Press. 1956. OCLC 421067853.
  8. ↑ Association for Asian Studies (AAS), 1987 Award for Distinguished Contributions to Asian Studies Arxiv surəti 17 may 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib may 17, 2008, at the Wayback Machine; retrieved May 31, 2011
  9. ↑ "Clifford James Geertz". American Academy of Arts & Sciences (ingilis). 22 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2022.
  10. ↑ "APS Member History". search.amphilsoc.org. 22 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2022.
  11. ↑ "Clifford Geertz". www.nasonline.org. 30 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2022.
  12. ↑ "Anthropologist Biographies - Geertz". Department of Anthropology. Indiana University Bloomington. 23 avqust 1926. 31 iyul 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2012.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]