Kabo-Verde
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
| Kabo-Verde Respublikası | |||||
|---|---|---|---|---|---|
| port. República de Cabo Verde | |||||
| |||||
| Unidade, Trabalho, Progresso (azərb. Birlik, Əmək, İrəliləmə) | |||||
|
Himn: Cântico da Liberdade |
|||||
|
|
|||||
| Tarixi | |||||
| • Portuqaliyadan müstəqillik | 5 iyul 1975 | ||||
| Rəsmi dili | Portuqal dili | ||||
| Paytaxt | Praya-130 min nəfər (2011 il) | ||||
| Ən böyük şəhəri | paytaxtı | ||||
| İdarəetmə forması | Unitar prezident respublikası | ||||
| Prezident | Jorje Karluş Fonseka [9.IX.2011~ ] | ||||
| Baş nazir | Ulisseş Korreya i Silva | ||||
| Sahəsi | Dünyada 176-cı | ||||
| • Ümumi | 4033 km² | ||||
| Əhalisi | |||||
| • Əhali (2015) | 515 min nəfər (172-ci) | ||||
| • Siyahıyaalma (2010) | 491 800 nəf. | ||||
| • Sıxlıq | 127 nəf./km² | ||||
| ÜDM (AQP) | |||||
| • Ümumi (2012) | 2 214 milyon dollar (191-ci) | ||||
| • Adambaşına | 4 200 dollar (167-ci) | ||||
| İİİ (2011) | 0.568 | ||||
| Valyuta | Kabo-Verde eskudosu (CVE) | ||||
| İnternet domeni | .cv | ||||
| ISO kodu | CV | ||||
| Telefon kodu | 238 | ||||
| Saat qurşaqları | −1 | ||||
| Nəqliyyatın yönü | sağ[d] | ||||

Kabo-Verde (port. Cabo Verde) və ya rəsmi adı ilə Kabo-Verde Respublikası (port. República de Cabo Verde) — Afrikanın qərb sahillərinin 620 kilometrliyində Atlantik okeanda eyniadlı adalarda yerləşən dövlət. Ölkə 10 ada və 8 adacıqdan ibarət arxipelaq adalar qrupudur. Ən böyük üç adası Santyaqo, Santo Antao və Boa Vistadır. Paytaxtı Santyaqo adasındakı Praya şəhəridir. Böyük adalar 50–60 km uzunluğundadır. Ölkənin adı 1986-cı ilə qədər rəsmi şəkildə digər dillərə, həmçinin azərbaycan dilinə Yaşıl Burun Adaları Respublikası kimi tərcümə edilirdi.
Tarixi
[redaktə | vikimətni redaktə et]1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi. Afrikaya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır. Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır. İqtisadiyyat hər istiqaməti ilə Portuqaliyadan asılıdır. Adalarda yaşayan əhalidən daha çox Yaşılburunlu ABŞ, Portuqaliya , Anqola başda olmaqla bəzi Avropa və Afrika ölkələrinə köç etmişdir.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Qərb Afrikaya daxil edilən Atlantik Okeanında bir ada dövlətdir. İqlimi mülayim və sərt temperatur ilə həddindən artıq quraqlıq olur. Yağışlar davamlı olmayıb, periodik quraqlıqlara səbəb olur. Adalar vulkanik mənşəlidir, əsasən düzənlik və alçaq bölgələrdən ibarətdir. Ölkənin ən yüksək nöqtəsi 2829 m mütləq yüksəkliyə malik olan Foqu vulkanıdır. Duz, bazalt qayalıqları, pozzuolana (silisli vulkanik tullantılar, su təzyiqli sement istehsalında istifadə olunur), əhəng daşı, kaolin, balıq ölkənin başlıca təbii qaynaqlarıdır. Uzun davamlı quraqlıqlar, görünüş çirkliliyi yaradan küləklər, vulkanik və seysmik fəaliyyətlər ölkə üçün təhlükə yaradır.
Əhali
[redaktə | vikimətni redaktə et]Adanın əhalisi 429.000 olub əhali üçdə ikisindən çoxu Avropalı ağlarla Afrikalı zəncilərin qarışığından əmələ gəlmiş Mulattolardan ibarətdir. Yerdə qalanı isə Avropalı ağlar və Afrikalı qaralardandır. XX əsrdə bir neçə dəfə aclıqla qarşılaşan adalıların böyük bir qismi həyatlarını başqa ölkələrdə davam etdirmək üçün köç ediblər. Hazırda ölkə vətəndaşlarının az qala iki qatı xaricdə yaşayır. Dini inanc olaraq əksəriyyət katolik olsa da protestantlar da var. Ölkədə Portuqal (rəsmi) və Crioli (KREOLE) dilləridə danışılır.
İqtisadiyyat
[redaktə | vikimətni redaktə et]İqtisadiyyata ümumi baxış: Kabo-Verdenin adam başına düşən ümumdaxili məhsulun aşağı olmasının səbəbləri kasıb təbii qaynaqları, ciddi su çətinliyi və uzun müddətli quraqlıqlardır.
Adam başına düşən milli gəlirin 70%-ni təşkil edən ticarət, nəqliyyat və xidmət sektorları ölkənin xidmətə söykənən iqtisadiyyatını meydana gətirir.
İqtisadiyyatın əsas sahələri — balıqçılıq, kənd təsərrüfatı və turizmdir.
Ölkə əhalisinin 70%-nə yaxın hissəsi çöl bölgələrdə yaşasa da, əkinçiliyin 1995-ci il ümumdaxili məhsuldakı payı balıqçılığın 1,5%-ni təşkil etdiyi 8% nisbətindədir. Qida maddələrinin təxminən 90%-i idxal edilir. Balıqçılıq potensialı, xüsusilə xərçəng və tun balığı tamamilə işlənmir.
2011-ci ildə ölkədə 277 million kilovat-saat elektroenerji istehsal edilmişdir.
Xarici siyasəti
[redaktə | vikimətni redaktə et]Kabo-Verde 23 iyul 2008-ci ildə Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmuşdur.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Kabo-Verde rəsmi olaraq ÜTT-nin 153-cü üzvü oldu Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine wto.az (az.)