Səhiyyə Nazirliyi (Türkiyə)
Görünüş
| Türkiyə Respublikası Səhiyyə Nazirliyi | |
|---|---|
| |
| | |
| | |
| Ümumi məlumatlar | |
| Ölkə | |
| Yurisdiksiya | Türkiyə |
| Yaradılma tarixi | 1920-ci il |
| Baş qərargah | Türkiyə, Ankara |
| Rəhbərlik | |
| Nazir | Prof. Dr. Kemal Memişoğlu |
| Rəsmi saytı | saglik.gov.tr |
Türkiyə Respublikasının Səhiyyə Nazirliyi — Türkiyə Respublikası ərazisində əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini tənzimləyən nazirlik. Eyni zamanda, o, sosial birlik və inklüzivlik, ailə, yetkinlik yaşına çatmayanların, gənclərin müdafiəsi və himayəsində və ya əlilliyi olan şəxslərə qayğı ilə bağlı dövlət siyasətinin təklif edilməsinə və həyata keçirilməsinə cavabdehdir. Səhiyyə Nazirliyinə Türkiyə Prezidenti tərəfindən təyin olunan Səhiyyə naziri rəhbərlik edir. Hazırkı nazir 2 iyul 2024-cü ildən vəzifəsini icra edən Kemal Memişoğludur.
Vəzifə və səlahiyyətləri[2]
[redaktə | vikimətni redaktə et]- Əhalinin sağlamlığının qorunması və yaxşılaşdırılması, xəstəlik risklərinin azaldılması və qarşısının alınması istiqamətində işləmək.
- Diaqnostik, müalicəvi və reabilitativ sağlamlıq xidmətlərini həyata keçirmək.
- Beynəlxalq əhəmiyyətli ictimai sağlamlıq risklərinin ölkəyə daxil olmasının qarşısını almaq.
- Sağlamlıq təhsili və tədqiqat fəaliyyətini inkişaf etdirmək.
- Dərmanların, xüsusi məhsulların, milli və beynəlxalq səviyyədə nəzarət edilən maddələrin, dərman istehsalında istifadə olunan aktiv və köməkçi maddələrin, kosmetika və səhiyyə xidmətlərində istifadə olunan tibbi cihazların təhlükəsiz və yüksək keyfiyyətli marketinqi, ictimaiyyətə paylanması və qiymətlərinin müəyyən edilməsi istiqamətində iş aparmaq.
- İnsan və maddi resurslara qənaət etməklə və səmərəliliyi artırmaqla, sağlam insan resurslarının ölkə daxilində balanslaşdırılmış paylanmasını təmin etməklə və bütün maraqlı tərəflər arasında əməkdaşlığa nail olmaqla bütün ölkə üzrə bərabər, keyfiyyətli və səmərəli xidmət göstərilməsini təmin etmək.
- Ölkə ərazisində dövlət və özəl hüquqi və fiziki şəxslər tərəfindən açılacaq səhiyyə müəssisələrinin planlaşdırılması və genişləndirilməsi istiqamətində iş aparmaq.
- Qanunlarla və Prezidentin fərmanları ilə həvalə edilmiş digər vəzifələri yerinə yetirmək.[3]
Əlaqədar bölmələri
[redaktə | vikimətni redaktə et]Mərkəzi təşkilatları
[redaktə | vikimətni redaktə et]- Sağlamlıq Xidmətləri Ümumi Müdirliyi
- Təcili Sağlamlıq Xidmətləri Ümumi Müdirliyi
- Səhiyyə İnkişafı Ümumi Müdirliyi
- Səhiyyə Məlumat Sistemləri Ümumi Müdirliyi
- Sağlamlıq İnvestisiyaları Ümumi Müdirliyi
- Avropa İttifaqı və Xarici Əlaqələr Baş İdarəsi
- Xalq Sağlamlığı Ümumi Müdirliyi
- Dövlət xəstəxanaları Ümumi Müdirliyi
- Türkiyə Dərman və Tibbi Cihazlar Agentliyi
- Sərhəd və Sahil Sağlamlığı Ümumi Müdirliyi
- İnzibati Xidmətlər Ümumi Müdirliyi
- Təftiş Komissiyasının Baş idarəsi
- Strateji İnkişaf İdarəsi
- Hüquq məsləhətçisi
- Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyi
Əyalət təşkilatları
[redaktə | vikimətni redaktə et]- Vilayətlər üzrə Sağlamlıq Müdirlikləri
- Rayonlar üzrə Səhiyyə Müdirlikləri
Bağlı qurumları
[redaktə | vikimətni redaktə et]- Türkiyə Sağlamlıq Qurumları Baş idarəsi (TÜSEB)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Digital Science. GRID Release 2017-05-22 (ing.). 2017-05-22 22 may 2017. DOI.
- ↑ "Cumhurbaşkanlığı Teşkilatı Hakkında Cumhurbaşkanlığı Kararnamesi
- ↑ Sektorunun Yenidən Qurulmasına Dəstək Layihəsi”.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Official Website
- Səhiyyə Nazirliyi — "X" səhifəsi
- Səhiyyə Nazirliyi — Facebook səhifəsi
- Səhiyyə Nazirliyi — Instagram səhifəsi