Məzmuna keç

Massiel

Vikipediya, azad ensiklopediya
Massiel
Ümumi məlumatlar
Ləqəbi Massiel
Doğum tarixi 2 avqust 1947(1947-08-02) (79 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1966–2007
Janr pop musiqisi
Səs tembri kontralto
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Massiel əsl adı Mariya de los Anxeles Felisa Santamariya Espinosa (isp. María de los Ángeles Felisa Santamaría Espinosa ; 2 avqust 1947, Madrid) — İspaniya müğənnisi. O, "La, la, la" mahnısı ilə 1968-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. O, ilk səsyazmalarını 1966-cı ildə çıxarıb. 1996-cı ildə musiqi karyerasını bitirmək qərarına gəlib, lakin bir il sonra daha bir albom, 2007-ci ildə isə 1970-ci illərə aid albomlarının iki yeni buraxılışı ilə yanaşı növbəti bir albomunu da təqdim edib.

Massiel 2 avqust 1947-ci ildə Madrid şəhərində anadan olub. Asturiyalı atası Emilio Santamariya Martin impresario (bədii rəhbər) olduğundan, o, erkən uşaqlıq illərindən müğənnilərin və musiqi qruplarının əhatəsində böyüyüb və gənc yaşlarında müğənni, aktrisa və bəstəkar olmağa qərar verib. Onun asturiyalı anası Konsepsion Espinosa Penyas (Concepción Espinosa Peñas) olub (1920–2011). Massielin ilk valları 1966-cı ildə işıq üzü görüb. O, "Di que no", "No sé porqué", "Llueve", "No comprendo", "Y sabes qué vi", "Rufo el pescador", "Aleluya" və "Él era mi amigo" mahnılarını buraxıb. 1967-ci ildə dostu Luis Eduardo Aute tərəfindən yazılmış "Rosas en el mar" mahnısı onu İspaniya və Latın Amerikasında bir müğənni kimi tanıdıb. 1967-ci ildə o, "Vestida de novia" filmində rol alıb.[1]

1968-ci ildə milli seçimlərin qalibi olan Xuan Manuel Serratın (Joan Manuel Serrat) mahnını katalon dilində ifa etmək istəməsi səbəbindən, müğənniyə İspaniyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün onu əvəzləmək təklif olunub. Massiel "La, la, la" mahnısı ilə Kliff Riçardı (Cliff Richard) bir xal qabaqlayıb müsabiqənin qalibi olub. Bununla belə, onun ifa etdiyi mahnı, indiyədək "Avroviziya"da qalib gəlmiş bütün kompozisiyalarla müqayisədə keyfiyyət səviyyəsinə görə ən çox tənqidə məruz qalan mahnı olub.[2]

Qələbədən sonra vətənində milli qəhrəman kimi qarşılanıb və İspaniya hökuməti tərəfindən Katolik İzabella Bantı ilə təltif edilib, lakin müğənni bu mükafatdan imtina edib və bu səbəbdən bir il müddətinə İspaniya televiziyasına buraxılmayıb.[3][4]

Massiel 1960–1980-ci illər ərzində nəinki İspaniyada, həmçinin Latın Amerikası ölkələrində də çox populyar olub. Uzunmüddətli karyerası ərzində 50-dən çox albom buraxıb. Dram teatrında bir sıra rollar ifa edib. Üç dəfə ailə həyatı qurub.

Avroviziya qələbəsi ətrafında qalmaqal

[redaktə | vikimətni redaktə et]

2008-ci ildə nümayiş etdirilən "1968: O ilin mayında mən" sənədli filmində ispan jurnalist Xose Mariya İnyiqo Massielin "Avroviziya"dakı qələbəsinin dürüst olmadığı, guya Franko rejiminin nüfuzunu qaldırmaq məqsədilə ispan nümayəndələri tərəfindən təşkil edildiyi fərziyyəsini irəli sürüb, lakin Avropa Yayım İttifaqının rəsmiləri müsabiqənin nəticələrinə yenidən baxılmayacağını bəyan ediblər.

Diskoqrafiyası

[redaktə | vikimətni redaktə et]
Massiel 1968-ci ildə
  • 1966 Di que no
  • 1968 Cantando a la vida
  • 1970 Massiel en México
  • 1972 Baladas de Bertolt Brecht
  • 1972 Lo mejor de Massiel
  • 1975 Viva
  • 1976 Carabina 30-30
  • 1977 Alineación
  • 1981 Tiempos difíciles
  • 1982 Rosas en el mar
  • 1983 Corazón de hierro
  • 1984 Sola en libertad
  • 1985 Massiel en Des…Concierto
  • 1986 Desde dentro
  • 1990 Deslices
  • 1997 Desátame
  • 1997 Autoretrato: Lo mejor de Massiel
  • 1998 Grandes Éxitos
  • 1999 Todas sus grabaciones en Polydor (1976—1977)
  • 2003 Sus primeros años (1966—1975) 2 CD’s
  • 2007 Massiel canta a Bertolt Brecht (CD + Book)
  • 2008 Sus álbumes
  1. Suero, Enrique. "Massiel, Salomé...así contó ¡HOLA! los dos triunfos de España en Eurovisión". ¡Hola! (ispan). 12 may 2023. 10 iyun 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2026.
  2. "Cantando a la vida". IMDb. 22 may 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2020.
  3. "Así ha cambiado Massiel". Lecturas (ispan). 2 avqust 2016. 19 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2020.
  4. "Information on Massiel's near-fatal fall from a second-floor window" (ispan). 10 mart 2007 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]