Məzmuna keç

Marqaret Hamilton

Vikipediya, azad ensiklopediya
Marqaret Hamilton
ing. Margaret Elaine Hamilton[1]
Hamilton 1995-ci ildə.
Hamilton 1995-ci ildə.
Doğum tarixi 17 avqust 1936(1936-08-17)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 30 sentyabr 2026(2026-09-30)[5][6][…] (90 yaşında)
Vəfat yeri
Uşağı 1
Elm sahələri informatika, proqram təminatı mühəndisliyi, meteorologiya
İş yerləri
Mükafatları Prezidentin "Azadlıq" medalı — 2016
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marqaret Hamilton (17 avqust 1936[2][3][…], İndiana[1][4][…] – 30 sentyabr 2026[5][6][…], Kembric, Massaçusets[7], ing. Margaret Hamilton)— Amerikalı kompüter mütəxəssisi, sistem mühəndisi, alim. O, "Apollon" və "Skylab" layihələrinin proqramlarını hazırlayan qrupa rəhbərlik etmişdir.[9]

Marqaret Hamilton 17 avqust 1936-cı ildə İndiana ştatının Paoli şəhərində anadan olmuşdur. Orta təhsilini Hankok liseyində almış, 1954-cü ildə buranı bitirərək Miçiqan Universitetinin riyaziyyat fakültəsinə daxil olmuşdur. Daha sonra Brandeis Universitetində mücərrəd riyaziyyat sahəsi üzrə magistr təhsili almaq üçün Boston şəhərinə köçmüşdür.

Marqaret Hamilton 1960-cı ildə meterologiya sahəsində hava proznozunu təyin edən cd-nin inkişaf etdirilməsi işi ilə bağlı müvəqqəti olaraq Massaçusets Texnologiya İnstitutu-da çalışmışdır. 1961–1963-cü illər ərzində o, "Linkoln lab"-da "Sage" layihəsində işləmişdir. Bu layihə Massaçusets Texnologiya İnstitutu tərəfindən yaradılan hava fəaliyyətlərini simulasiyalar vasitəsilə izləyən kompüter proqramı "Whirlwind"in davamı idi. "Sage" proyekti isə soyuq müharibə dövründə sovet hərbi təyyarələrinin hücumlarına qarşı müdafiə məqsədilə yaradılmışdı. Marqaret Hamiltonun buradakı fəaliyyəti onun nüfuzunun getdikcə artmasına və NASA-nın Apollon layihəsində işləməsinə səbəb oldu.

Hamilton Apollon layihəsi üçün yazdığı kodların qarşısında, 1969-cu il.

NASA və Apollon 11 proqramındakı xidmətləri

[redaktə | vikimətni redaktə et]

Hamliton, Apollon və Skylabın proqramını gücləndirən komandaya rəhbərlik etmişdir. Hamilton və qrupu, Apollonun idarə etmə modulu, aya enəcək hissəsi və Skylab üçün hazırlanmış alqoritmləri əhatə edən proqramın inkişaf etdirilməsi məsuliyyətini üzərinə götürmüşdü. Komandanın bir digər hissəsi isə, Marqaret Hamilton tərəfindən hazırlanan "Display Interface Routines" kimi səhvləri aşkar edib təmizləyən sistem proqramları üzərində işlər aparırmışdılar. Tapşırıq zamanı Apollon 11 gəmisi Aya enərkən enişə 3 dq qalmış kabinada olan kompüterlərdə həyəcan siqnalları işə düşmüşdü. Lakin Hamilton tərəfindən Apollon 11 gəmisinin uçuş sisteminə yazımış səhv təmizləmə proqramı tez bir zamanda xətanı təsbit edərək aradan qaldrmış və tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsinə səbəb olmuşdur. Hamilton Apollon 11 tapşırığı üçün 145 min sətirlik "assembly kodu"nu hazırlamış, həm yazmış həm də yazan qrupa rəhbərlik etmişdir. Dövrün texnologiya ilə bağlı imkanlarını nəzərə aldıqda bu qədər böyük əhəmiyyətə malik kodun xətasız yazılması təqdirə layiq bir iş idi.

Hal-hazırda Marqaret Hamiltonun 90 yaşı var və təqaüddədir.

  • 1986-cı ildə "Komputinq Qadınlar dərnəyi" tərəfindən "Ada Lavleys" mükafatı[10]
  • 2003-cü ildə "NASA Fövqəladə Astronomik layihə" mükafatı (37.200 dollar pul mükafatı alaraq NASA tarixində hər hansı bir şəxsə verilən ən böyük pul mükafatına layiq görülmüşdür)[11]
  • 2009-cu ildə "Örlham Kolleci Fövqəladə Məzun" mükafatı
  • 2016-cı ildə ABŞ-nin 44-cü prezidenti Barak Obama tərəfindən "Azadlıq medalı"na layiq görülmüşdür[12].
  1. 1 2 3 4 5 Tluong. 2017 CHM Fellow Margaret Hamilton (ing.). computerhistory.org. 27 aprel 2017. (İstifadə tarixi: 22 iyul 2019).
  2. 1 2 Tiffany Kay Wayne. American Women of Science Since 1900 (ing.). ABC-CLIO. 2011.
  3. 1 2 2017 CHM Fellow Margaret Hamilton (ing.). Computer History Museum. 27 aprel 2017. (İstifadə tarixi: 8 oktyabr 2026).
  4. 1 2 2017 CHM Fellow Margaret Hamilton (ing.). Computer History Museum. (İstifadə tarixi: 8 oktyabr 2026).
  5. 1 2 Margaret Hamilton, computing pioneer who led software development for the Apollo program, dies at 90 (ing.). news.mit.edu. 7 oktyabr 2026. (İstifadə tarixi: 7 oktyabr 2026).
  6. 1 2 Margaret Hamilton obituary: Apollo missions software engineer (ing.). The Times. (İstifadə tarixi: 8 oktyabr 2026).
  7. 1 2 The Woman Whose Software Guided the Apollo Missions Has Died (ing.). The New York Times. (İstifadə tarixi: 9 oktyabr 2026).
  8. ↑ Margaret Hamilton, computing pioneer who led software development for the Apollo program, dies at 90 (ing.). Massachusetts Institute of Technology. (İstifadə tarixi: 8 oktyabr 2026).
  9. ↑ M. Hamilton, W.R. Hackler. "Universal Systems Language: Lessons Learned from Apollo". IEEE Computer. 41 (12). dekabr 2008: 34–43. doi:10.1109/MC.2008.541.
  10. ↑ "Ada Lovelace Awards". Association for Women in Computing. 14 aprel 2016 tarixində arxivləşdirilib.
  11. ↑ NASA Press Release "NASA Honors Apollo Engineer" Arxivləşdirilib 2017-12-26 at the Wayback Machine (September 3, 2003)
  12. ↑ "President Obama Names Recipients of the Presidential Medal of Freedom". Office of the Press Secretary. 22 noyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2016.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]