Koreya
Koreya — Koreya yarımadasını və ona bitişik adaları əhatə edən, ümumi mədəni-tarixi irslə birləşən coğrafi ərazi (iki ölkə). Keçmişdə vahid bir dövlət olmuşdur. Şimalda Çin və Rusiya ilə quru sərhədinə malikdir. Koreyadan şərqdə Yaponiya adaları yerləşir.
1945-ci ildə İkinci Dünya müharibəsində Yaponiyanın məğlubiyyətindən sonra, o dövrdə Yaponiyanın tərkibində olan Koreya ərazisi iki hərbi məsuliyyət zonasına bölündü: 38-ci şimal paralelindən şimalda Sovet, cənubda isə Amerika zonası. Sonradan, 1948-ci ildə bu zonaların ərazisində iki dövlət yarandı: cənubda Koreya Respublikası (özünüadlandırması — Tehanminguk, yəni Tehan Respublikası) və şimalda Koreya Xalq Demokratik Respublikası (özünüadlandırması — Çoson Mincuciu İnmin Konxvaquk, yəni Çoson Xalq Demokratik Respublikası).
Koreyanın ərazisi 220,8 min km²-dir. Hər iki Koreya dövlətinin ümumi əhalisi 70 milyon nəfəri ötür, əhalinin 98%-ni koreyalılar təşkil edir.