Məzmuna keç

Elis Pol

Vikipediya, azad ensiklopediya
Elis Pol
ing. Alice Paul
Doğum tarixi 11 yanvar 1885(1885-01-11)[1][2][…]
Vəfat tarixi 9 iyul 1977(1977-07-09)[1][2][…] (92 yaşında)
Təhsili
Fəaliyyəti hüquqşünas, qadın hüquqları fəalı[d], sufrajist
Üzvlüyü
alicepaul.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elis Pol (ing. Alice Paul; 11 yanvar 1885[1][2][…]9 iyul 1977[1][2][…]) — amerikalı kvaker, sufrajist, feminist və qadın hüquqları müdafiəçisi. Pol, ABŞ Konstitusiyasına XIX Düzəlişin — qadınların səsvermə hüququnun cinsi ayrı-seçkilik əsasında məhdudlaşdırılmasını qadağan edən düzəlişin qəbulu uğrunda aparılan kampaniyanın ən aparıcı liderlərindən və strateglarından biri. Pol, Lyusi Berns və digərləri ilə birlikdə 1913-cü ildə "Qadınların Səsvermə Yürüşü" və "Səssiz Keşikçilər" kimi tədbirləri təşkil etmişdir. Bu tədbirlər XIX Düzəlişin 1920-ci ilin avqustunda qəbul olunması ilə nəticələnən uğurlu kampaniyanın bir hissəsi olmuşdur. Pol aktivist fəaliyyətinə görə tez-tez polis zorakılığına və fiziki təzyiqlərə məruz qalmış, lakin həmişə qeyri-zorakı və cəsarətli mövqe sərgiləmişdir. 1917-ci ildə Ağ Evin qarşısında "Səssiz Keşikçilər" aksiyasında iştirak etdiyinə görə həbs olunmuş və ağır şəraitdə saxlanılmışdır. Elis, daha əvvəl Böyük Britaniyada qadınlara səsvermə hüququnun verilməsi uğrunda apardığı mübarizə zamanı da bir neçə dəfə həbs olunmuşdu.[3]

1920-ci ildən sonra Pol yarım əsr ərzində "Milli Qadınlar Partiyası"nın (NWP) lideri olmuşdur. Elis, ABŞ Konstitusiyasında qadınlar üçün bərabər hüquqları təmin etmək məqsədilə Bərabər Hüquqlar Düzəlişini (ing. Equal Rights Amendment) yazmış və onun qəbul olunması üçün mübarizə aparmışdır. O, 1964-cü ildə qəbul edilən Mülki Hüquqlar Aktına qadınların ayrı-seçkilikdən qorunması ilə bağlı müddəanın daxil edilməsinə nail oldu ki, bu da onun ən böyük uğurlarından biri sayılır.[4][5]

Həyatı və təhsili

[redaktə | vikimətni redaktə et]

Elis Pol 11 yanvar 1885-ci ildə Nyu-Cersi ştatının Maunt Lorel qəsəbəsində Polsdeyl adlı malikanədə anadan olmuşdur. Onun valideynləri I Vilyam Mikl Pol və Teysi Perri Pol idi. Onun üç bacı-qardaşı var idi: II Vilyam Mikl Pol, Helen Pol Şirer və Perri Heyns Pol.[6]

Pol kvakerlər ənənəsinə uyğun olaraq ictimai xidmət ruhunda böyümüşdü. Qadınların səsvermə hüququ haqqında ilk dəfə anasından öyrənmişdi.[7] Anası Milli Amerika Qadınların Səsvermə Assosiasiyasının (NAWSA) üzvü idi[8] və Elis bəzən onunla birlikdə sufrajist görüşlərinə gedirdi.[9] 1901-ci ildə Pol Svortmor Kollecinə daxil olmuş və 1905-ci ildə biologiya üzrə bakalavr dərəcəsi almışdır. Daha sonra Nyu-Yorkda sosial iş sahəsində təcrübə keçmiş, lakin bu sahənin ictimai ədaləti təmin etmək üçün yetərli olmadığını düşünərək hüquq və siyasi elmlər üzrə təhsil almağa qərar vermişdir. 1907-ci ildə Pensilvaniya Universitetində siyasət elmi, sosiologiyaiqtisadiyyat üzrə magistr dərəcəsi almışdır.[10] Sonra təhsilini İngiltərədə davam etdirmiş və Birminhem Universitetində iqtisadiyyat dərsləri almışdır. Burada Kristabel Pankhörst çıxışını dinlədikdən sonra sufrajit hərəkatına qoşulmuşdur. Sonrakı illərdə o, London İqtisadiyyat Məktəbində təhsil alarkən qadınların səsvermə hüququ uğrunda mübarizə aparan Qadınların Sosial və Siyasi İttifaqına (WSPU) üzv oldu. Londonda mitinqlərdə və nümayişlərdə iştirak etdiyi üçün bir neçə dəfə həbs olunmuş və həbsxanada aclıq aksiyaları keçirmişdir.[6][11]

1910-cu ildə ABŞ-a qayıtdıqdan sonra Pensilvaniya Universitetində sosiologiya üzrə doktorluq dərəcəsi almışdır.[12] Doktorluq dissertasiyası "Pensilvaniyada Qadınların Hüquqi Mövqeyi" adlanırdı və qadın hüquqları hərəkatının tarixinə həsr olunmuşdu.[13] Sonralar Pol American Universitydə hüquq təhsili almışdır. 1922-ci ildə hüquq üzrə bakalavr dərəcəsi (LL.B), 1927-ci ildə hüquq üzrə magistr dərəcəsi (LL.M), 1928-ci ildə isə mülki hüquq üzrə doktorluq dərəcəsi (D.C.L) qazanmışdır.[14]

Şəxsi həyatı və vəfatı

[redaktə | vikimətni redaktə et]

Elis Pol 1912-ci ildən sonra şəxsi həyatını kənara qoyaraq tamamilə qadın hüquqları uğrunda mübarizəyə həsr etmişdir.[15] O, vegetarian idi və həyatının son illərini Nyu-Cersi ştatında keçirmişdi. 1974-cü ildə insult keçirmiş və 9 iyul 1977-ci ildə 92 yaşında vəfat etmişdir. Elis Pol, Sinnaminson, Nyu-Cersidə Vestfild Frends qəbiristanlığında dəfn olunmuşdur.[16][17]

Böyük Britaniyada sufrajet hərəkatı və mülki itaətsizlik

[redaktə | vikimətni redaktə et]

Pol İngiltərədə Emmelin və Kristabel Pankhürstnun rəhbərlik etdiyi Qadınların Sosial və Siyasi İttifaqına (WSPU) qoşularaq aktiv mübarizəyə başlamışdır.[18] Elis, bu hərəkatın təsiri ilə sosial işin yetərsiz olduğunu anlayaraq, yalnız hüquqi bərabərliyin qadınlar üçün fundamental dəyişikliklər gətirəcəyinə inanmağa başlamışdır.[11] Pol mülki itaətsizlik taktikasına yiyələndi və İngiltərədə üç dəfə həbs olunmuşdur. O, həbs edildikdən sonra siyasi məhbus statusu tələb etmişdir, həbsxana geyimi geyinməkdən imtina etmiş və aclıq aksiyası keçirirmişdir.[11] Onun bu hərəkətləri sufrajist hərəkatına böyük ictimai diqqət cəlb etmişdir.[11]

ABŞ-da fəaliyyəti və XIX Düzəlişin qəbulu

[redaktə | vikimətni redaktə et]

1912-ci ildə Elis ABŞ-a qayıtdı və qadınların səsvermə hüququ uğrunda mübarizəni davam etdirdi. 1913-cü ildə "Qadınların Səsvermə Yürüşü"nü təşkil etdmişdir.[11][19] O, həmçinin Ağ Ev qarşısında Səssiz Keşikçilər etirazlarını təşkil edərək prezident Vudro Vilsona təzyiq göstərmişdir. Bu mübarizənin nəticəsində 1920-ci ildə ABŞ Konstitusiyasına XIX Düzəliş qəbul edildi və qadınların səsvermə hüququ rəsmiləşdirildi.[11][20]

1964-cü il Mülki Hüquqlar Aktı

[redaktə | vikimətni redaktə et]

Pol 1964-cü il Mülki Hüquqlar Aktına qadınların da hüquqlarının qorunması ilə bağlı müddəanın daxil edilməsində mühüm rol oynamışdır.[21]

İrsi və xatirəsi

[redaktə | vikimətni redaktə et]

Pol ölümündən sonra bir sıra mükafatlara layiq görüldü:[22]

  • 1979-cu ildə Milli Qadınlar Şöhrət Zalına daxil edildi.
  • 2010-cu ildə Nyu-Cersi Şöhrət Zalına daxil edildi.[23]
  • 2016-cı ildə ABŞ prezidenti Barak Obama, Polun adını Belmont–Pol Qadınların Bərabərlik Milli Abidəsinə verdi.[24]
  • 2012-ci ildə onun şəkli 10 dollarlıq qızıl sikkədə təsvir olundu.[25]
  • 2016-cı ildə ABŞ xəzinədarlığı onun təsvirini yenilənmiş 10 dollarlıq əskinasın arxa hissəsinə yerləşdirdi.[26]
  • 2004-cü ildə "Iron Jawed Angels" filmində Hilari Svonk tərəfindən canlandırıldı.[27]
  • 11 yanvar 2016-cı ildə Google Doodle onun 131 illik yubileyini qeyd etdi.[28]
  1. 1 2 3 4 Alice Paul // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Societies A. C. o. L., Press O. U., Hartmann S. M. Alice Paul // Paul, Alice (11 January 1885–09 July 1977), women's rights leader (ing.). // American National Biography Online / S. Ware [New York]: Oxford University Press, 2017. ISSN 1470-6229 doi:10.1093/ANB/9780198606697.ARTICLE.1500537
  3. Baker, Jean H., "Placards At The White House Arxiv surəti 26 dekabr 2018 tarixindən Wayback Machine saytında," American Heritage, Winter 2010, Volume 59, Issue 4.
  4. "Alice Paul". National Women's History Museum. 17 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2018.
  5. Kahn, Eve M. "Group Seeks to Buy a Suffragist's Home" Arxiv surəti 12 iyun 2018 tarixindən Wayback Machine saytında, The New York Times, July 13, 1989. Accessed July 12, 2008. "The Alice Paul Centennial Foundation plans to buy the house in Mount Laurel, but first the organization must raise $500,000 by Sept. 8.... The 2½-story, stucco-clad brick farmhouse was built in 1840 and once overlooked the Paul family's 173-acre Burlington County farm, east of Camden. Miss Paul was born in an upstairs bedroom in 1885 and lived in the house until she left for Swarthmore College in 1901."
  6. 1 2 "Who Was Alice Paul". Alice Paul Institute. 9 sentyabr 2014 tarixində orijinalından arxivləşdirilib.
  7. "Image 3 of Official program woman suffrage procession. Washington, D. C. March 3, 1913". Library of Congress. 21 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2022.
  8. Sklar, Kathryn Kish; Dias, Jill. "How Did the National Woman's Party Address the Issue of the Enfranchisement of Black Women, 1919–1924?". 1997. 18 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2018.
  9. "Paul, Alice Stokes". Social Welfare History Project. 21 yanvar 2011. 25 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2025.
  10. Alice Paul in oral history compiled by Amelia Fry, Online Archive of California, quoted in
  11. 1 2 3 4 5 6 Adams, Katherine; Keene, Michael. Alice Paul and the American Suffrage Campaign. Urbana-Champaign: University of Illinois Press. 2008. ISBN 978-0-252-07471-4.
  12. Macaulay, Susan. "Alice Paul (Suffragette/Political Activist)". amazingwomenrock.com (ingilis). 25 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.
  13. "Honoring Alice Paul". Washington College of Law. 4 iyul 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2010.
  14. "Alice Paul Biography". Lakewood Public Library: Women in History. 19 iyun 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 may 2006.
  15. Hefler, Jan. "White House honors Alice Paul's Washington headquarters". Philly.com. 14 aprel 2016. 27 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2025.
  16. Hirschfeld, Julie. "House With Long Activist History Is Now Monument to Equality". The New York Times. 12 aprel 2016. 13 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
  17. Eilperin, Juliet. "A new memorial to tell 'the story of a century of courageous activism by American women'". The Washington Post. 12 aprel 2016. 12 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2016.
  18. Atkinson, Diane. Rise up, women! : the remarkable lives of the suffragettes. London: Bloomsbury. 2018. ISBN 978-1408844045. OCLC 1016848621.
  19. Lunardini, Christine. Alice Paul: Equality for Women. Westview Press. 2012. ISBN 978-0813347615.
  20. Fotheringham, Ann. "Thanks for the Memories: Glasgow's Votes for Women celebration at Mitchell". Evening Times. 25 sentyabr 2018. 26 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2018.
  21. Dodd, Lynda G. "Parades, pickets, and prison: Alice Paul and the virtues of unruly constitutional citizenship". Journal of Law & Politics. 24 (4). 2008: 339–443. SSRN 2226351.
  22. Lunardini, Christine. Alice Paul: Equality for Women. Boulder: Westview Press. 2013.
  23. "Alice Paul". Radcliffe Institute for Advanced Study at Harvard University (ingilis). 12 aprel 2016. 21 yanvar 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2018.
  24. "Permanent Exhibit Opens at Alice Paul Institute – Mid-Atlantic Regional Center for the Humanities". march.rutgers.edu. 23 fevral 2022 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2019.
  25. Aarniokoski, Douglas, Mrs. Sherlock Holmes, Abigail Spencer, Matt Lanter, Malcolm Barrett, 29 aprel 2018, 12 iyul 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: 1 may 2018
  26. Kaufman, Rachel. "An Elementary Lesson in Women's Suffrage: 'Timeless' Season 2, Episode 7, Recapped". Smithsonian (ingilis). İstifadə tarixi: 1 may 2018.
  27. "Suffs (Off-Broadway, Public Theater/Newman Theater, 2022)". Playbill (ingilis). 18 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2022.
  28. "Alice Paul's 131st Birthday". 11 yanvar 2016. 26 aprel 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2025.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]