Məzmuna keç

Cozef Kabila

Vikipediya, azad ensiklopediya
Cozef Kabila
fr. Joseph Kabila Kabange
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyun 1971(1971-06-04)[1][2][…] (55 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Atası Loran Dezire Kabila
Uşağı 2[4]
Rütbəsi

Təltifləri "Serbiya Respublikası" ordeni National Order of the Leopard
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cozef Kabila Kabange (4 iyun 1971[1][2][…]) — Konqo Demokratik Respublikasınin dövlət xadimidir, 26 yanvar 2001-ci ildən 24 yanvar 2019-cu ilədək ölkənin dördüncü prezidenti olmuşdur. O, atasının — Loran Dezire Kabilanin öldürülməsindən sonra prezident vəzifəsini tutmuşdur.

27 noyabr 2006-cı ildə ümumi birbaşa səsvermə yolu ilə seçilən və rəsmi şəkildə Konqo DR-nin ilk demokratik seçilmiş prezidenti kimi elan edilmişdir.

Karyeranın başlanğıcı

[redaktə | vikimətni redaktə et]

Cozef Kabila Kabange — on övladdan ən böyüyüdür. Onun atası Loran Dezire Kabila olub və ölkənin üçüncü prezidenti kimi fəaliyyət göstərmişdir[5].

Cozef Kabila Heva Bora adlı kiçik şəhərdə, Cənubi Kivu regionunda anadan olmuşdur. Onun atası həmin dövrdə bu bölgədə təsirli silahlı komandirlərdən biri idi. 1970-ci illərin sonunda atasının ölkəni tərk etməsi ilə Cozef Kabila təhsilini Dar-əs-Salam və Mbeya şəhərlərində davam etdirmişdir.

Daha sonra o, Tanzaniya, Uqanda və Ruandada hərbi ali təhsil almağa başlamışdır. 1996-cı ildə atasının rəhbərlik etdiyi "Konqonun Azadlığı Uğrunda Demokratik Qüvvələr İttifaqı" adlı üsyançı qruplaşmaya qoşulmuş və Birinci Konqo Müharibəsi zamanı bir neçə hərbi əməliyyata rəhbərlik etmişdir.

Bu alyansın qələbəsindən və Laurent-Désiré Kabilanın prezident olmasından sonra Cozef Kabila təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusu Milli Müdafiə Universitetinə göndərilmişdir.

1998-ci ildə Çindən qayıtdıqdan sonra ona general-mayor rütbəsi verilmiş və Konqo ordusunun Baş Qərargah rəisinin müavini təyin edilmişdir. 2000-ci ildə isə o, silahlı qüvvələrin Baş Qərargah rəisi olmuşdur. Bu dövrdə o, İkinci Konqo Müharibəsi zamanı hökumət qoşunlarının əsas komandirlərindən biri kimi çıxış etmişdir.

  1. 1 2 Joseph Kabila (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 Joseph Kabila (alm.). // Brockhaus Enzyklopädie. F.A. Brockhaus. (İstifadə tarixi: 9 oktyabr 2017).
  3. ↑ Amerikanın səsi. Vaşinqton. (İstifadə tarixi: 20 iyul 2022).
  4. ↑ https://www.youtube.com/watch?v=vH1_-u7xFqc. youtube.com.
  5. ↑ "Радиостанция «Эхо Москвы», передача 48 минут: Жозеф Кабила, президент Демократической Республики Конго". www.echo.msk.ru (rus). 13 yanvar 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2019.