Məzmuna keç

Avqustin Kazotiç

Vikipediya, azad ensiklopediya
Avqustin Kazotiç
Doğum tarixi təq. 1260(1260)[1]
Doğum yeri
Vəfat tarixi 3 avqust 1323(1323-08-03) (62–63 yaşında)
Vəfat yeri
Qeyd edilir Katolik Kilsəsi
Müqəddəsləşdirilib 1702
Xatirə günü 3 avqust
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avqustin Kazotiç (xorv. Augustin Kažotić, it. Agostino Gasotti; təq. 1260[1], Trogir – 3 avqust 1323, Focca əyaləti[d], Apuliya) — Xorvatiya orta əsr yepiskopu, dominikan rahibi. 1303–1322-ci illərdə Zaqreb yepiskopu idi.[2]

Milliyətcə xorvat idi,[3] təxminən 1260-cı ildə dənizkənarı Trоqirdə anadan olmuşdur. Zadəgan ailədə doğulmuşdur, lakin gənclik illərində mirasdan imtina etdi və dominikanlılar ordeninə qoşuldu. Onun Parisdə təhsil aldığı illəri Akvinalı Fomanın orada dərs dediyi zamanla üst-üstə düşür.[4] Təhsilini bitirdikdən sonra Dalmasiyaya qayıtdı, burada parlaq xütbələri, şəxsi asketizm və dindarlığı ilə tanındı.

1303-cü ildə 19 il işlədiyi Zaqreb kafedrasına təyin edildi. Yepiskop vəzifəsində keşişlər arasında nizam-intizamı bərpa etmək üçün səyli tədbirlər gördü. Onunla əlaqəli bir sıra rəvayətlər var ki, onlarda yepiskopun möcüzəvi sağaltma vergisi haqqında bəhs edilir.[5]

1322-ci ildə Avinyonda Papa XXII İoannı ziyarət etdi, ancaq Papa ilə Macarıstan kralı Karl Robert arasındakı mübahisə səbəbiylə Zaqrebə qayıda bilmədi. Ömrünün son ilində, İtaliyanın Luçera şəhərinin yepiskopu idi. 1702-ci lldə beatifikasiya (müqəddəsləşdirildi) olundu. Cəsədi Luçera Zaqreb kafedralında saxlanılır, cəsədin bir hissəsi Zaqreb katedralindədir.[3]

  1. 1 2 Kažotić, Augustin, bl. | Proleksis enciklopedija (xorv.). proleksis.lzmk.hr. (İstifadə tarixi: 14 iyul 2025).
  2. ↑ "Metropolitan Archdiocese of Zagreb". 8 yanvar 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.
  3. 1 2 "BLAŽENI AUGUSTIN KAŽOTIĆ". Archived from the original on 29 iyul 2010. İstifadə tarixi: 10 may 2020.
  4. ↑ "Августин Казотич, еп., блж". Archived from the original on 29 oktyabr 2013. İstifadə tarixi: 10 may 2020.
  5. ↑ "«Августин Загребский» //Я. Кротов. Словарь святых". 5 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]