Angela Merkel
Bu səhifədə iş davam etməkdədir. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
| Angela Merkel | |
|---|---|
| alm. Angela Merkel[1][2] | |
| | |
| 22 noyabr 2005 – 8 dekabr 2021 | |
| Əvvəlki | Gerhard Şröder |
| Sonrakı | Olaf Şolts |
| 7 noyabr 1998 – 10 aprel 2000 | |
| Əvvəlki | Peter Hintze[d] |
| Sonrakı | Ruprecht Polenz[d] |
| 10 aprel 2000 – 7 dekabr 2018 | |
| Əvvəlki | Wolfgang Schäuble[d] |
| Sonrakı | Annegret Kramp-Karrenbauer[d] |
| 1 yanvar 2007 – 30 iyun 2007 | |
| Əvvəlki | Matti Vanhanen[d] |
| Sonrakı | Xose Sokrates[d] |
| 24 sentyabr 2002 – 21 noyabr 2005 | |
| Əvvəlki | Fridrix Merts |
| Sonrakı | Volker Kauder[d] |
| 1993 – 2000 | |
| Əvvəlki | Günther Krause[d] |
| Sonrakı | Steffie Sşnor[d] |
| 18 yanvar 1991 – 17 noyabr 1994 | |
| Əvvəlki | Hannelore Rönsch[d] |
| Sonrakı | Claudia Nolte[d] |
| 20 dekabr 1990 – 26 oktyabr 2021 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 17 iyul 1954[3][4][…] (72 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, fizik |
| Atası | Horst Kasner[d][8][2] |
| Anası | Hörlind Kasner[d][8][2] |
| Həyat yoldaşları | |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | siyasət, nəzəri kimya[d], analitik kimya, fizika |
| Elmi dərəcəsi |
|
|
|
|
| Təltifləri |
|
|
|
|
| buero-bundeskanzlerin-ad.de | |
Angela Merkel (alm. Angela Dorothea Merkel; 17 iyul 1954[3][4][…], Hamburq[5]) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır.[11]
Merkel Qərbi Almaniyanın Hamburq şəhərində anadan olub. O, hələ körpə ikən ailəsi Şərqi Almaniyaya köçüb. Şərqi Almaniyada kommunist yönümlü "Azad Alman Gəncləri" (FDJ) təşkilatının üzvü olan Merkel, 1986-cı ildə kvant kimyası üzrə doktorluq dərəcəsi alıb və 1989-cu ilə qədər elmi tədqiqatçı kimi çalışıb.[9] Daha sonra, 1989-cu il inqilabları dövründə siyasətə qədəm qoyub və Lotar de Mezyerin rəhbərlik etdiyi, Şərqi Almaniyanın ilk demokratik yolla seçilmiş hökumətində qısa müddət ərzində hökumət sözçüsünün müavini vəzifəsində işləyib. 1990-cı ildə Almaniyanın birləşməsindən sonra Merkel Meklenburq-Ön Pomeraniya əyalətindən Bundestaqa üzv seçilib. Kansler Helmut Kolun himayəsində olan Merkel 1991-ci ildə Qadın və Gənclər İşləri üzrə nazir təyin edilib, 1994-cü ildə isə Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi naziri vəzifəsinə gətirilib. Xristian Demokrat İttifaqı 1998-ci il federal seçkilərində məğlub olduqdan sonra Merkel partiyanın baş katibi seçilib. İki il sonra isə o, partiyanın ilk qadın lideri, eyni zamanda müxalifətin ilk qadın rəhbəri olub.
Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətində məsləhətçi kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib.
1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib.
2000-ci ildə Merkel Xristian Demokratik Partiyasının sədri seçildi. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel, Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.
Angela Merkelin kansler olduğu dövrdə Almaniya Federativ Respublikası Avropa dəyərlərinin Avropa İttifaqı daxilində və xaricində təbliği və möhkəmləndirilməsinə əsaslanan hərtərəfli xarici siyasət modeli hazırlamışdır.[12]
Həyatı
[redaktə | vikimətni redaktə et]Ailəsi və uşaqlığı (1954–1960)
[redaktə | vikimətni redaktə et]Merkel 1954-cü ildə Hamburqun Eimsbüttel rayonunda Angela Dorothea Kasner adı ilə dünyaya göz açıb.[13][14] Atası əslən berlinli, lüteran pastoru Horst Kasner (1926–2011; doğum adı Kaźmierczak), anası, əslən Dansiqdən (indiki Qdansk, Polşa) olan ingilis və latın dili müəllimi Herlind Kasnerdi (1928–2019; qızlıq soyadı Jentzsch).[15]
1954-cü ildə, qızının dünyaya gəlməsindən cəmi bir neçə həftə sonra ailə Hamburq-Eppendorfdan Almaniya Demokratik Respublikasına köçdü. Horst Kasner Berlin-Brandenburq Yevangelist Kilsəsində, Kvitsou kəndində (hazırda Perleberq şəhərinin bir hissəsi) pastor kimi fəaliyyətə başladı. 1957-ci ildə Horst Kasner kilsə nəzdində peşə hazırlığı mərkəzinin yaradılmasına kömək etmək üçün daimi olaraq Templinə köçdü. Angela Kasner məhz orada böyüdü. Atası pastor olduğu üçün anası ADR-in dövlət məktəb sistemində işləyə bilmirdi.[16] 1957-ci il iyulun 7-də Angelanın qardaşı Markus, 1964-cü il avqustun 19-da isə bacısı İrena dünyaya gəldi.
Merkel alman və polyak əsillidir. Atası tərəfdən babası Ludvik Kasner, polyak mənşəli alman polis əməkdaşı idi.[17] O, Birinci Dünya müharibəsi zamanı əsir düşmüşdü.[18] Müharibə qirtardıqdan sonra Merkelin nənəsi, Berlindən olan alman Marqaret ilə evləndi və Berlinə köçdü.[19][20][21]
Məktəb illəri və təhsil (1961–1978)
[redaktə | vikimətni redaktə et]1961-ci ildə Angela Kasner Templindəki politexnik orta məktəbdə (hazırda "Active Nature School Templin" kimi tanınır) birinci sinfə gedib.[22] O, tədrisdə orta səviyyədən daha yaxşı nəticələr göstərir, həm rus dili, həm də riyaziyyat fənləri üzrə sinfin ən yaxşı şagirdi olurdu. Məktəbdə oxuyarkan o, "Azad Alman Gəncləri" təşkilatının üzvü idi. 1973-cü ildə o, Templindəki İxtisaslanmış Orta məktəbin buraxılış imtahanlarını (*Abitur*) ən yüksək qiymətlərlə bitirib, həmçinin Lessinq medalı ilə təltif olunub.[23]
1973-cü ildə Angela Leypsiq Universitetinə fizika ixtisası üzrə daxil olub. O, ADR-da heç bir müxalif qrupa daxil deyildi.
Angela Merkelin 1978-ci ilin iyununda yazdığı diplom işi "əla" qiymətinə layiq görülmüşdür.[24] Bu iş həmçinin, ADR Elmlər Akademiyasının İzotop və Radiasiya Tədqiqatları Mərkəzi İnstitutunda işlənmişdir.[25]
Şərqi Berlin Elmlər Akademiyası (1978–1990)
[redaktə | vikimətni redaktə et]1978-ci ildə Merkelin İlmenau Texniki Universitetinə qəbul olunmaq cəhdi uğursuzluqla nəticələndikdən sonra[26] o, ailəsiylə Şərqi Berlinə köçdü. Burada o, Berlin-Adlershofda yerləşən ADR Elmlər Akademiyasının Mərkəzi Fizika - Kimya İnstitutunda işə düzəldi. 1986-cı ildə o, elmi konfransda iştirak etmək üçün bir neçə günlüyə Almaniya Federativ Respublikasına səfər etdi.[27] Bundan əlavə, o, Donetsk şəhərində bir neçə həftə davam edən rus dili kursunu tamamladı.
O, dissertasiyası üzərində işləyərkən hesablamaların bir hissəsini Praqadakı Çexoslovakiya Elmlər Akademiyasında aparmaq fürsətindən istifadə etmişdi. 1986-cı il yanvarın 8-də o, dissertasiyasını müdafiə etdi.[28][29] Doktorluq dərəcəsini aldıqdan sonra Merkel eyni institut daxilində başqa bir şöbəyə — analitik kimya şöbəsinə keçdi.
Merkel heç bir partiyanın üzvü deyildi. Lakin Elmlər Akademiyasında işlədiyi dövrdə o, "Azad Alman Gəncləri" təşkilatının bir qrupunda fəal idi. Merkelin öz sözlərinə görə, o, orada "mədəni və kütləvi tədbirlərə" cavabdeh idi.[30] [31]
Ailəsi
[redaktə | vikimətni redaktə et]Leypsiqdə, Fizika fakültəsində təhsil aldığı dövrdə — Moskva və Leninqraddan olan fizika tələbələrinin iştirak etdiyi gənclər proqramı çərçivəsində — Angela Kasner özünün birinci həyat yoldaşı, Ulrix Merkel ilə tanış oldu.[32] Onlar 1977-ci il sentyabrın 3-də Templində evləndilər. Cütlük 1981-ci ildə ayrıldı.
1984-cü ildə ADR Elmlər Akademiyasında Merkel kvant kimyaçısı Yoaxim Zauerlə tanış oldu və 1998-ci ildə onlar ailə həyatı qurdu. O, Merkel soyadını saxladı, çünki həmin vaxta qədər ictimaiyyət arasında artıq bu adla tanınırdı.[33] Cütlüyün birgə övladı yoxdur; Zauerin ilk evliliyindən iki oğlu var. Cütlük Am Kupfergraben küçəsində yerləşən bir mənzilə köçdü və onlar bu gün də orada yaşayırlar.
Siyasi karyerası
[redaktə | vikimətni redaktə et]Demokratik oyanış (1989–1990)
[redaktə | vikimətni redaktə et]1989-cu ilin payızında ADR-da baş verən "dönüş nöqtəsi" dövründə Şərqi Almaniyada yeni demokratik partiya strukturlarının formalaşdığı aydın oldu. Əvvəlcə Merkel Almaniya Sosial Demokrat Partiyasına qoşulmağı düşünürdü, lakin bunun üçün o, yerli partiya bölməsinə üzvlük ərizəsi təqdim etməli olacaqdı. Bu seçim ona uyğun gəlmədi, ona görə də, 1989-cu ilin dekabrında o, yeni yaranmış "Demokratik Oyanış" ("Demokratischer Aufbruch") hərəkatında işləməyə başladı. Əvvəlcə — dekabr və yanvar ayları ərzində — o, könüllü əsaslarla müvəqqəti sistem administratoru kimi fəaliyyət göstərdi, 1990-cı il fevralın 1-dən etibarən isə hərəkatın Şərqi Berlindəki mərkəzi qərargahında, sədr Volfqanq Şnurun ofisində daimi ştat vəzifəsinə keçdi.[34] [35] Daha sonra 1990-cı ilin yanvar ayının ortalarında mətbuat katibi təyin edildi.[36]
Almaniya üçün Alyans (1990)
[redaktə | vikimətni redaktə et]1990-cı il martın 18-də keçirilən Xalq Palatasına ilk azad seçkilər Angela Merkelin partiyası olan "Demokratik Oyanış" üçün fəlakətli nəticələndi — partiya səslərin cəmi 0,9%-ni toplaya bildi. Bununla belə, blok tərəfdaşı olan Şərqi Almaniya Xristian Demokrat İttifaqının gözlənilməz dərəcədə yüksək nəticə (41%) əldə etməsi sayəsində "Almaniya üçün Alyans" koalisiyası seçkilərdə faktiki olaraq qalib gəldi. Sonrakı həftələrdə CDU-nun əsas namizədi Lotar de Mezyerin rəhbərliyi altında "Almaniya üçün Alyans", Sosial Demokratlar və liberalların nümayəndələrindən ibarət koalisiya formalaşdırıldı. De Mezyer hökumətində "Demokratik Oyanış" partiyasına bir nazir postu verildi. Angela Merkel hökumət sözçüsünün müavini vəzifəsini tutdu və ADR-in ilk və sonradan məlum olduğu kimi, sonuncu azad seçilmiş hökuməti oldu.
Xalq Palatasına seçkilərdən sonrakı həftələrdə Almaniyanın yenidən birləşməsi məsələsi gözlənilməz bir sürətlə siyasi gündəmin mərkəzinə keçdi. Merkel bir çox danışıqlarda iqtisadi və sosial birliyin yaradılmasına dair dövlət müqaviləsi ilə bağlı müzakirələrdə iştirak etmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Merkel, Angela, 1954- (ing.). // Library of Congress Authorities. Library of Congress. (İstifadə tarixi: 8 mart 2023).
- 1 2 3 Lebendiges Museum Online (alm.). // Lebendiges Museum Online. (İstifadə tarixi: 7 iyun 2023).
- 1 2 Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus. (İstifadə tarixi: 30 may 2021).
- 1 2 Angela Merkel (alm.). // Salzburgwiki. (İstifadə tarixi: 30 may 2021).
- 1 2 Angela Merkel: Pfarrertochter aus Hamburg, Physikerin, Kanzlerin (alm.). // Hamburger Abendblatt. 27 sentyabr 2009. ISSN 0949-4618. (İstifadə tarixi: 17 oktyabr 2026).
- ↑ Parlement.com (nid.).
- ↑ Wer war wer in der DDR? (alm.): ein Lexikon ostdeutscher Biographien. // Wer war wer in der DDR?. / Hrsg. Jochen Černý. (İstifadə tarixi: 23 sentyabr 2022).
- 1 2 3 4 5 Golden (ing.). (İstifadə tarixi: 23 sentyabr 2022).
- ↑ Tobias D. Höhn. Ehrendoktorwürde für Angela Merkel (alm.). uni-leipzig.de. / Hrsg. Universität Leipzig. 20 may 2008. (İstifadə tarixi: 7 oktyabr 2022).
- ↑ Wie lebt es sich ohne das Hamsterrad? (alm.). // Stern. / Hrsg. Andreas Petzold, Thomas Osterkorn. Hamburg: Gruner + Jahr. 2 dekabr 2022. ISSN 0039-1239. (İstifadə tarixi: 8 mart 2023).
- ↑ "Biography". Bundeskanzlerin.de. German Federal Press and Information Office. 21 dekabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 yanvar 2015.
- ↑ İbadov, Rafael. "Rusiya və Çin faktoru Almaniya 2021 seçki platformasında önəmli yer tutur". Topçubaşov Mərkəzi (az.). 31 avqust 2021. 9 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2021.
- ↑ "Angela Merkel: Pfarrertochter aus Hamburg, Physikerin, Kanzlerin". 7 dekabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2026.
- ↑ "Altkanzlerin feiert Geburtstag". 21 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2026.
- ↑ Merkel hat polnische Wurzeln
- ↑ Was an Angela Merkels Mutter vorbildlich ist.
- ↑ "Merkels polnische Wurzeln: Großvaters Krieg".
- ↑ "Großvaters Krieg". 19 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2026.
- ↑ Six things you didn't know about Angela Merkel
- ↑ "The German chancellor's Polish roots"
- ↑ Kanzlerin Angela Merkel ist zu einem Viertel Polin
- ↑ "Merkels Lehrerin – „Angela war hochbegabt"". 16 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2026.
- ↑ "Plötzlich war Merkel da!". 10 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2026.
- ↑ "Merkel, Angela (geb. Kasner)". 2 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2026.
- ↑ Bundeskanzlerin Angela Merkel
- ↑ Der zerrissene Osten und die gelungene Wiedervereinigung
- ↑ Wie Angela Merkel beinahe Thüringerin wurde.
- ↑ Deutsche National bibliothek
- ↑ Glänzend in Physik, mäßig in der Ideologie
- ↑ Nichts verheimlicht - nicht alles erzählt
- ↑ Angela Merkels zweierlei Welten
- ↑ Eines Tages zog sie aus. Interview mit Ulrich Merkel
- ↑ Der Mann vor Joachim Sauer: Das ist der Ex von Angela Merkel – vor 50 Jahren wurden sie ein Paar.
- ↑ Angela Merkel: „Mit der CDU will ich nichts zu tun haben“
- ↑ Verschollen daheim
- ↑ Christiane Ziller: Die Frau, ohne die Merkel nicht Kanzlerin wäre.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- 17 iyulda doğulanlar
- 1954-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Hamburqda doğulanlar
- Leypsiq Universitetinin məzunları
- "Almaniya qarşısında xidmətlərə görə" ordeni ilə təltif edilənlər
- "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandorları
- "Niderland şiri" ordeni ilə təltif edilənlər
- "I Leopold" ordeni ilə təltif edilənlər
- Prezident Azadlıq medalı ilə təltif edilənlər
- "Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri
- "Respublika" ordeninin kavalerləri (Moldova)
- "Mariya Torpağı Xaçı" ordeni ilə təltif edilənlər
- "Üç Ulduz" ordeni ilə təltif edilənlər
- "Azadlıq" ordeni (Ukrayna) ilə təltif edilənlər
- 1-ci dərəcəli "Cüt ağ xaç" ordeni ilə təltif edilənlər
- "Stara Planina" ordeni ilə təltif edilənlər
- "İtaliya qarşısında xidmətlərə görə" ordeni ilə təltif edilənlər
- "Şahzadə Henri" ordeni ilə təltif edilənlər
- Peru günəşi ordeni böyük xaçı kavalerləri
- "Zaid" ordeni kavalerləri
- Beynəlxalq Nehru mükafatı laureatları
- Time jurnalının "İlin adamı"
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Almaniya hökumət başçıları
- Almaniya siyasətçiləri
- Almaniya siyasi xadimləri
- XXI əsr siyasətçiləri
- XX əsr siyasətçiləri
- Almaniya lüteranları
- Avtobioqrafiyalar
- Qadın baş nazirlər
- Almaniya kimyaçıları