Məzmuna keç

Alfred Stiqlitz

Vikipediya, azad ensiklopediya
Alfred Stiqlitz
ing. Alfred Stieglitz
Doğum tarixi 1 yanvar 1864(1864-01-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 iyul 1946(1946-07-13)[1][2][…] (82 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Janr portret, peyzaj
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alfred Stiqlitz (ing. Alfred Stieglitz; 1 yanvar 1864[1][2][…], Hoboken, Nyu-Cersi[3][4] – 13 iyul 1946[1][2][…], Manhetten, Nyu-York[4]) — foto sənətinin müstəqil bir sənət kimi təsdiqinə böyük töhfə verən və onun estetikasının formalaşmasına təsir göstərən Amerika fotoqrafı.

Fletayron bildinq, 1903

Manhettendə böyüyüb. 1881-ci ildə alman-yəhudi əsilli atası ailəsi ilə birlikdə Almaniyaya qayıtdıqdan sonra Alfred Berlin Texniki Universitetində təhsil almış, fotoqrafiya ilə maraqlanaraq Avropada səyahət etmişdir. ABŞ-yə qayıtdıqdan sonra fotoqrafiya sənətinə həsr olunmuş jurnallar nəşr etdirmişdir. 1902-ci ildə Nyu-York Milli İncəsənət Klubunda böyük uğur qazanan fotoşəkillər sərgisi təşkil etmişdir. Onun əsərləri ABŞ-nin aparıcı muzeylərinin kolleksiyalarına daxil edilmiş və rəssamların əsərləri ilə yanaşı nümayiş etdirilən ilk fotoqraflardan biri olmuşdur.

Edvard Steyhen, Klarens Vayt və Elvin Leqdonun da daxil olduğu "Photo-Secession" qrupunu yaratmış və ona rəhbərlik etmişdir. 1905–1917-ci illərdə 5-ci prospektdə yerləşən 291 qalereyasının direktoru olmuşdur. Burada Pol Sezan, Anri Matiss, Pablo Pikasso, Marsel Düşan və digər Avropa avanqard sənətçilərinin əsərlərini Amerika ictimaiyyətinə təqdim etmişdir. Britannika Ensiklopediyasının qeyd etdiyi kimi, Stiqlitz ABŞ-ni XX əsrin beynəlxalq sənət dünyasına yaxınlaşdıran əsas şəxslərdən biri olmuşdur.

1907-ci ildə çəkdiyi "The Steerage" fotoşəkili erkən fotoqrafik modernizmin ən məşhur və əhəmiyyətli əsərlərindən biri hesab olunur. Bununla belə, onun yaradıcılığı və üslubu sonrakı nəsil fotoqrafları, o cümlədən Pol Strand və F/64 qrupunun nümayəndələri tərəfindən tənqid edilmişdir.

Stiqlitz 1916-cı ildə Corciya O'Kifi ilə tanış olmuş, 1924-cü ildə onunla evlənmişdir. O, O'Kifinin təxminən 300 fotoşəklini çəkmişdir. Həmçinin Ansel Adams ilə dostluq və əməkdaşlıq etmişdir.

  1. http://data.bnf.fr/ark:/12148/cb119255674
  2. https://tools.wmflabs.org/wikidata-externalid-url/?p=345&url_prefix=https://www.imdb.com/&id=nm1066636
  3. http://explore.rkd.nl/en/explore/artists/96775
  4. http://d-nb.info/gnd/118798847/
  5. http://bigenc.ru/text/4166444
  6. http://www.britannica.com/eb/article-9069689/Alfred-Stieglitz
  1. 1 2 3 4 Alfred Stieglitz (ing.). // Benezit Dictionary of Artists. 5 Oxford University Press. 2006. ISBN 978-0-19-977378-7. (İstifadə tarixi: 9 oktyabr 2017).
  2. 1 2 3 4 John Szarkowski. Alfred Stieglitz (ing.). // Encyclopædia Britannica. (İstifadə tarixi: 9 oktyabr 2017).
  3. 1 2 Union List of Artist Names (ing.).
  4. 1 2 3 4 Store norske leksikon (buk.). ISSN 2464-1480. (İstifadə tarixi: 16 oktyabr 2026).
  5. ↑ Museum of Modern Art online collection (ing.). (İstifadə tarixi: 4 dekabr 2019).

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]