Çay hövzəsi
Görünüş

Çay hövzəsi — Müəyyən bir çaya yerin səthindən və yer altından su toplanan Ərazi.[1] Çay hövzəsi bir-birindən suayrıcılar ilə ayrılır.
Çay hövzələri axarlı və axarsız hövzələrə bölünür. Bilavasitə çayı dənizə və ya okeana axıb gedən hövzəyə-axarlı hövzə, çay sisteminin Dünya okeanı ilə əlaqəsi olmayan hövzəyə isə axarsız hövzə deyilir. Axarsız hövzələr materiklərin daxili hissəsində hər tərəfi hündür çökək sahələrdə yerləşir.[1]
Sutoplayıcı hövzə
[redaktə | vikimətni redaktə et]Sutoplayıcı hövzə, sutoplayıcı sahə — Müəyyən çaya, gölə və ya dənizə yerüstü və yeraltı suların axdığı ərazidir. Sutoplayıcı hövzə suayrıcılarda bir-birindən ayrılır[2].